kanal1

Buraların bir yiyəsi varmı?.. - ÖZBAŞINALIQ!

Tarix:9-03-2022, 10:16
Baxış Sayı:36

Buraların bir yiyəsi varmı?.. - ÖZBAŞINALIQ!

Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksi hər dəfə bir qanunsuz addımı və ya vətəndaşlara qarşı özbaşınalığı ilə gündəmə gəlir.

Tia.az-a verilən məlumata görə, indisə şirkətin mənzillərini təmir etməyən və daimi yaşamayan mənzil sahiblərindən də aylıq kommunal haqq tələb etdiyi məlum olur. Xəbərdə o da deyilir ki, həmin binalardan mənzil almış, lakin illərdir köçməmiş ailələr var. Onlar yaşamadıqları mənzillərə görə hər ay kommunal pul ödəməyə məcbur edilirlər. Yəni nə liftdən istifadə edir, nə daimi hansısa xidmətdən yararlanır, nə məişət tullantılarını zibil qablarına atırlar, heç təmir belə edilməmiş mənzillər üçün pul istənilir.

Qaydalara əsasən mənzilini təmir edib köçmüş, daimi yaşayanlar kommunal ödəməlidir. Nəticədə “AAAF Park”ın etdiyi özbaşınalıq səbəbindən bu cür mənzillərə külli miqdarda borc yazılıb.
Buraların bir yiyəsi varmı?.. - ÖZBAŞINALIQ!

Ödəniş etmədiyi üçün həmin mənzil sahiblərinə evlərinə vaxtaşırı baş çəkmək üçün nə liftin, nə binaya giriş qapısının jetonları verilir. Tələb olunur ki, “borcu” ödə, sonra jeton al. Bu da tam qanunsuz hərəkətdir, çünki yaşamadığı mənzilə görə kommunal ödəniş istəmək heç bir əsası olmayan tələbdir. Ümumiyyətlə, sözügedən şirkət vətəndaşları tez-tez narazı salan addımlar atır.

Məsələn, binaların zirzəmilərini sataraq iaşə obyektləri açılmasına şərait yaradıb. Həmçinin bir neçə bina var ki, tikintisi söz verildiyi vaxtda inşa olunmayıb, hələ də təhvil verilməyib. Bu da müqavilədə firmanın götürdüyü öhdəliyi özünün pozması deməkdir. Hazırda xeyli sayda sakin aldığı mənzilin ödənişini etsə də, köçə bilməyiblər.

Tia.az

ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?