kanal1

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT

Tarix:12-02-2025, 18:20
Baxış Sayı:0



Son günlər redaksiyamıza İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə bağlı çoxsaylı şikayət daxil olur.

Bir neçə gün öncə Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 73-də “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan binaya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarının 2030 AZN borc yazması haqqında məlumat vermişdik. Bu gün daha bir bina sakinləri redaksiyamıza müraciət edərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yaşadıqları binaya böyük məbləğdə borc yazıldığını bildiriblər. Şikayətçilər qeyd edir ki, Yasamal rayonu İsgəndər Zülalov küçəsindəki 41 saylı binaya xidmətin əməkdaşları 2024-cü ilin dekabrın 29-da 1945 manat borc yazıblar.
Bu dəfə də Xidmətin əməkdaşları yazdıqları cərimənin aktını bina sakinlərinə verməyiblər. Eynilə “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin başına açılan və qanundankənar oyunun davamı sayıla bilər. Vətəndaşlar iddia edir ki, şikayətləri dinlənilmir və onların tələbi yerinə yetirilmir. Hər iki bina sakinləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verməyə çalışsa da əllərində heç bir sənəd yoxdur. Çünki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunsuzluq göstərərək bu günə qədər yazdıqları aktları bina sakinlərinə vermirlər.

Başqa bir maraqlı məqam isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bütün binalara eyni problemlə cərimə yazıblar.

Bina sakinlərinin və “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin israrlı tələblərinə baxmayaraq keçən 40 gündən artıq müddətdə bu aktlar verilməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iddia edir ki, hər iki cərimə yazılan binada hovuzda su axıntısı var və həmçinin binanın hovuzuda üzgəc(suyun dolmasını bildirən və bağlayan) yoxdur.

Göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2024-cü ilin son günlərində cərimə yazaraq sözün əsl mənasında aradan çıxıblar.

Problem çoxdur, amma nədənsə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyi bu problemləri həll etmək niyyətində deyil. Çünki Xidmətin rəhbərliyinin əməkdaşlarının başı qanunsuz cərimə yazmağa qarışıb.(ulusal.az)

Mövzuya qayıdacayıq…

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir