kanal1

İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM

Tarix:Bu gün, 16:30
Baxış Sayı:29

İnsanların sağlamlığı ilə yanaşı istər zahiri, istərsə də xarici görünüşündə dişlərin əhəmiyyəti əvəzsizdir. Doğma Vətənimiz Azərbaycanda dişlərin qayğısına qalan yüzlərlə mütəxəssis var. Bu gün haqqında söhbət açacağım həkim Təyyar Yəhyayev Xəzər rayonu Binə qəsəbəsində stomatoloji kabinetdə fəaliyyət göstərir. Təyyar Yəhyayev adlı-sanlı həkim olması ilə yanaşı, eyni zamanda insani keyfiyyətlərə malik dəyərli şəxsiyyətdir. Təyyar Yəhyayevin stomotoloji kabinetinə girərkən ilk növbədə adamı insan sağlamlığı üçün vacib olan səliqə-səhman cəlb edirsə,ikinci növbədə onun vətənpərvərliyindən, millətsevərliyindən xəbər verən üçrəngli bayrağımız, şəhidlərimizə, qazilərimizə qayğısını, hörmətini əks etdirən foto stendlərin olmasıdır. Hər dəfə qazilərlə söhbət edərkən “Müharbə sindromu”—dan nevroz və sinirdən, diş qıcama nəticəsində dişlərin tez bir zamanda sıradan cıxmasından danışılarkən hər bir leriklinin yadına Şəhid ailələrinə və Qazilərə daima yardım edən, onlara təmənnasız xidmət göstərən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən həkim stomatoloq Təyyar Yəhyayev düşür və hər zaman barəsində daima gözəl sözlər eşidirik. Mən bir araşdırmaçı jurnalist kimi tam səmimiyyətlə qeyd edirəm ki, nəinki Lerik rayon Şəhid ailələri və Qaziləri, eyni zamanda ona müraciət edən bütün posientləri hər zaman stomatoloq Təyyar həkimin yanına gedəndə xoş təəssüratlarla geri dönür.Dişlərin,diş ətinin, diş-üz-çənə sisteminin, ağız boşluğu toxumalarının anatomiyası,fiziologiyası, patogenizi xəstələrin profilaktikası və müalicəsi ilə məşğul olan,hər zaman üzlərdə gülüş, təbəssüm yaradan həkim müasir dünya standartlarına müvafiq olaraq stomatoloji avadanlıqlarla təchiz olunmuş kabinetdə xəstələrə yüksək diqqət və qayğı ilə xidmət göstərir. Ağız boşluğu,dişlərin müxtəlif xəstəlikləri,diş-üz- çənə sisteminin inkişaf anatomiyalarının qüsurlarının anatomik və funksional pozğunluqların profilaktikası və müalicəsi işində pasientləri üçün həkim əlindən gələni əsirgəmir. Təyyar Yəhyayev sadaladığım bütün bu fəaliyyəti ilə işini bitmiş hesab etmir. O, tibbin stomatologiya sahəsində bütün bildiklərini xəstələrə tətbiq etməklə bütün posientlərini özündən razıı salır. Elə bunun nəticəsidir ki, bu gün onu tanıyan hər kəs tərəfindən sevilir və seçilir. Və bütün məsuliyyətimlə deyərdim ki, Təyyar Yəhyayevə müraciət edən xəstələr heç bir zaman yanılmır. Və əlbəttə ki, Təyyar həkim sözün həqiqi mənasında posientlərinin üzündə gülüş yaratmağı bacarır. Əlbəttə, onu da qeyd etmək yerinə düşər ki, Təyyar həkimin fəaliyyət göstərdiyi diş kabinetində istifadə olunan ləvazimatlar sterilizasiya şərtlərinə ciddi şəkildə əməl etmək ən vacib iş prinsipləridir. Müasir sterilizasiya qurğuları, hər bir pasientdən sonra dezinfeksiya proseduralarının həyata keçirilməsi, yalnız bir dəfə istifadə olunan tibbi ləvazimatlar yüksək keyfiyyətlə müalicə olunan xəstələri qane edir və onları razı salır. Həkimin peşəkarlığı qısa müddətdə özünə çoxsaylı pasient cəlb etməsi insanlar tərəfindən yüksək qiymətləndirilir. Təyyar həkimin iş prinsipinə əsasən ona müraciət edən hər bir pasientə müasir müalicə metodlarının ən keyfiyyətli şəkildə tətbiq olunmasıdır. Həm həkimin peşəkarlığı, həm də istifadə olunan avadanlıq və texnologiya heç bir xəstəni müalicə zamanı incitmir. Şəxsən mən diş həkimi Yəyyar Yəhyayevin əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətdən, bu diş kabinetindəki təmizlik, səliqə-səhmanla yanaşı mükəmməl servis olması ilə bağlı dəfələrlə eşitmişəm. Bir sözlə, Təyyar həkimin qızıl və sehrli əlləri yüzlərlə insanın təbəssümünü özünə qaytarır, desəm, yanılmaram. Biz də öz növbəmizdə İctimailider.az saytının bütün yaradıcı heyəti adından həkim stomatoloqu Təyyar Yəhyayevə sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərdiyi
fəaliyyətində uğurlar arzulayıram.
Biz də İctimailider.az-ın çoxsaylı oxucularına böyük məsuliyyətlə məsləhət görürük ki, ağız boşluğunuzda hər hansı bir probleminiz varsa, heç də fikirləşmədən, çəkinmədən, tərəddüd etmədən həqiqi mütəxəssis, peşəkar stomatoloq Təyyar Yəhyayevə müraciət edin. Ümidvaram ki, bu sizin ən doğru seçiminiz olacaq. Yüksək səviyyəli xidmətdən istifadə etsəniz, mənim haqlı olduğumu aşkar görəcək və həkimin işinin siz də şahidi olacaqsınız. Hər birinizə gözəl təbəssüm arzusu ilə deyirəm:
Üzünüzdən təbəssüm əksik olmasın.

ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?