kanal1

ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?

Tarix:12-02-2025, 20:01
Baxış Sayı:14


USAID daxil olmaqla, ABŞ vergi ödəyicilərinin pullarının havaya sovrulmasına dair faktlar ictimailəşdirilib.

O. cümlədən Azərbaycanda da həyata keçirilən layihələr haqqında məlumatla “Data Republican” saytında tanış olmaq mümkündür.

Bu məlumatlara əsasən, ABŞ Azərbaycan, Gürcüstan və qonşu ölkələrdə heyvan xəstəlikləri ilə mübarizə, təhsilin dəstəklənməsi, sahibkarlığın inkişafı və uşaqların psixi sağlamlığının yaxşılaşdırılması sahəsində proqramların həyata keçirilməsinə 17 milyon dollar ayırıb.

Bunların arasında ABŞ Müdafiə Nazirliyinin bir neçə qrantı Azərbaycan, Gürcüstan və Türkiyədə bruselyozun monitorinqi üzrə layihələrə (icraçı Şimali Arizona Universiteti, qrant məbləği 2,992,256 dollar, icra müddəti 2025-ci il sentyabrın 22-dək); Azərbaycan, Türkiyə və Gürcüstanda infeksion xəstəliklərin müşahidəsi (Milli Ərzaq Agentliyi, məbləğ 2,998,810 dollar, 2025-ci il avqustun 17-dək); Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bruselyozla mübarizənin dəstəklənməsi (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), məbləğ 3,396,534 dollar, müddət 2027-ci il martın 14-dək) yönəlib.

ABŞ Dövlət Departamenti xətti ilə Azərbaycanda minatəmizləmə və humanitar təşəbbüslər layihəsinə (“MAG America Inc”, məbləğ 2 milyon dollar, icra müddəti 2025-ci il martın 31-dək); Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada təhsil təşəbbüslərinə (ABŞ-də Beynəlxalq Təhsil üzrə Amerika Şurası, məbləğ 1,61 milyon dollar, müddət 2025-ci il martın 31-dək), ABŞ-nin müxtəlif kollecləri, ali məktəbləri və universitetləri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi üzrə SAEG məqsədlərinin dəstəklənməsinə (Azərbaycanda Beynəlxalq Təhsil üzrə Amerika Şurası, məbləğ 24,592 dollar, müddət 2025-ci il iyunun 30-dək); Bakı və Azərbaycan regionlarında qadın sahibkarlığının səviyyəsinin artırılması layihəsinə (100,000 dollar); ABŞ və Azərbaycan ekspertləri arasında təcrübə mübadiləsi layihəsinə (20,000 dollar) qrantlar ayrılıb.

Dövlət Departamenti xətti ilə Azərbaycan, Gürcüstan və Ermənistandan ABŞ-yə tələbə mübadiləsi 425,000 dollar məbləğində həyata keçirilir.

USAID Azərbaycanda analığın, uşaq sağlamlığının və sosial xidmətlərin dəstəklənməsi layihəsinə (icraçı UNICEF, məbləğ: 2 milyon dollar, müddət 2026-cı il oktyabrın 1-dək) qrant yönəldib.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi xətti ilə 2029-cu il fevralın 28-dək Azərbaycanda aztəminatlı ailələrdən olan uşaqların psixi sağlamlığının yaxşılaşdırılması layihəsinə 728 min dollardan çox vəsait ayrılıb.(Report)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı