kanal1

Adı `ASAN xidmət`dir, amma... - NARAZILIQ VAR...

Tarix:4-10-2023, 13:34
Baxış Sayı:6

Adı `ASAN xidmət`dir, amma... - NARAZILIQ VAR...


Dünən səhər saatlarında Şəmkir rayon sakinləri Gəncə ASAN Xidmətinə müraciət üçün uzun yol qət ediblər. Lakin sözügedən 1 saylı Gəncə Asan Xidmətdə iş rejiminin kobud şəkildə pozulmuş olması faktları üzə çıxıb.

Asan Xidmətə müraciət edən Sara Qasımova, foto çəkilən yerin, hətta kserokopiya kimi fəaliyyət göstərən xidmətin iş saatlarında yerində olmaması vətəndaşda ciddi narazılığa səbəb olub. Adı Asan Xidmət olan dövlət qurumunun niyə iş rejimini kobud şəkildə pozması haqqında ilkin məlumatlar yoxdur. Hesab edirik ki, bu cür rejimlə işləyən Gəncə 1 saylı Asan Xidmətin rəhbərliyi belə bir məsuliyyətsizliyin qarşısını alacaq.

Vətəndaşların üz tutduğu Asan Xidmətin çətin xidmətə çevrilməsi dövlət qurumunun fəaliyyətinə, iş rejiminə kölgə salmaq bununla da vətəndaşların müraciət formasının, hansı qaydada, hansı iş rejimində müraciəti qəlizləşdirilməsi yolverilməzdir. Rəhbərlik dərhal bu barədə ciddi addımlar atmalıdır. Asan Xidmətə olan inam vətəndaşlar arasında ilk Asan Xidmətin fəaliyyə dövrünə qayıtmaqla, daha dürüst iş rejimini bərpa etməlidir.

Bir məqamı da qeyd edək ki, Gəncə Asan Xidmətin məlumat bürosunun vətəndaşlara xidməti əvvəlki xidmətdən fərqlənir. Yəni ki, sözügedən büro vətəndaşları başından etmək üçün Asan Xidmət daxilində loru dildə desək, ora-bura göndərir. İnanırıq ki, bu yazımızdan sonra Asan Xidmətə müraciət edənlərin işləri çətinə düşməyəcək. //hurriyyet.az//

ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?