kanal1

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

Tarix:3-10-2023, 14:40
Baxış Sayı:6

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

Regionlarda ipoteka qaydalarının dəyişdirilməsi təklif olunur.

"İpoteka haqqında" qanuna fərqli yanaşmalıyıq. Bakıda da, regionlarda da eyni qaydadadır.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.

O , qeyd edib ki, əgər gənclərin regionda qalıb işləməsini, ailə qurub yaşamasını istəyiriksə, ipoteka qaydaları dəyişdirilməlidir.

"Regionlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik etməliyik ki, gənclər regionlarda ev alıb, ailə qurub orada yaşasınlar", - deyə o,bildirib.

Bu barədə "Sherg.az"a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vurğulayıb ki, ipoteka ilə mənzillərin verilmə qaydaları kifayət qədər sadədir:

"Bütövlükdə ipoteka mexanizminin Azərbaycanda səmərəsiz olmasının səbəbi qeyri-şəffaflığıdır. Yəni bilinmir ki, kimə nəyə görə verilir, kimə isə nəyə görə imtina gəlir. Yaxşı olardı ki, ipoteka və kredit zəmanət fondu öz aktiv saytında bütün müraciət edənlərin məlumatlarını dərc etsin. Kimə kredit hansı qaydada verilibsə, saytda dərc olunsun. Müraciət edənlər də bilsinlər ki, doğrudanmı ədalətli qərar verilib. Bu, ən vacib məsələdir".

Ekspert qeyd edib ki , prinsipcə regionlarda daha güzəştli şərtlərlə, kreditin verilməsini təşkil etmək olar:
"Bu elə şərtlər olmalıdır ki, onun qaytarılmasında heç bir problem yaşanmasın. Məsələn, bir şəxsin əmək haqqı ödəniş etməyə çatmırsa, bu güzəştin olması doğru deyil. Güzəşt kimi birinci ilkin ödənişi azaltmaq olar. Yaxud kredit faizini regionlarda şəhərə nisbətən az faizlə təşkil etmək olar. Bir sözlə, güzəştlər elə tərtib edilməlidir ki, ödəniş vaxtı gəldikdə qaytarılmasında hər hansı çətinlik yaşanmasın".

ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?