kanal1

POLİSİN QANDALLADIĞI DƏLƏDUZ PA-nın SEKTOR MÜDİRİ İLƏ... - O da vəzifəsindən kənarlaşdırılıb (FOTO)

Tarix:5-02-2022, 11:58
Baxış Sayı:25

POLİSİN QANDALLADIĞI DƏLƏDUZ PA-nın SEKTOR MÜDİRİ İLƏ... - O da vəzifəsindən kənarlaşdırılıb (FOTO)

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun bu gün saxlanılması və bununla bağlı yayılan kadrlar mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurub. Belə məlum olur ki, sözügedən şəxs uzun müddətdir hansısa əlaqələri hesabına dövlət qurumları ilə münasibətdə və ictimai sektorda müəyyən imtiyazlar əldə edib. Və bu imtiyazlar onun, hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatdan da göründüyü kimi, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı qanunazidd hərəkətlər etməsinə şərait yaradıb...

Rasim Məmmədovun "ictimai fəaliyyət" adı altında az qala cinayətkar qruplaşma yaratdığını, dələduzluq və fırıldaqçılıqla məşğul olduğunu mətbuatda və ictimai sektorda demək olar, bilməyən yox idi. Bu barədə mediada dəfələrlə müxtəlif səpkili məlumatlar yayılıb. O cümlədən də hüquq-mühafizə orqanları bu şəxsin “şücaətlərindən” xəbərsiz olmayıb. Lakin indiyə qədər onun əməllərinə göz yumulub. Bu da ondan xəbər verir ki, Rasim Məmmədovun hakimiyyətdə hansısa ciddi dayaqları olub...
POLİSİN QANDALLADIĞI DƏLƏDUZ PA-nın SEKTOR MÜDİRİ İLƏ... - O da vəzifəsindən kənarlaşdırılıb (FOTO)

Maraqlıdr ki, sözügedən “ictimai fəal”ın qandallanmasına dair xəbər və görüntülərin ictimailəşməsindən sonra sosial şəbəkələrdə Rasim Məmmədovun müxtəlif ranqlı vəzifəli şəxslərlə birgə fotoşəkilləri yayılıb. Onların arasında Rasim Məmmədovun Azərbaycan Respublikası Prerzident Administrasiyasının sektor müdiri (2 gün əvvələdək-red.) Şahmar İbadovla çəkdirdiyi şəkil də var.

“AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Rasim Məmmədovun həbsi ərəfəsində - fevralın 2-də Şahmar İbadov Prezident Administrasiyasındakı vəzifədən azad edilib. Bu iki hadisə təsadüfən üst-üstə düşüb, yoxsa onlar arasında hansısa bağlılıq var, demək çətindir...

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb