kanal1

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..

Tarix:10-02-2025, 18:54
Baxış Sayı:0


Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər.
Yeniavaz.com-a müraciət edən kompleksin bir qrup sakininin sözlərinə görə, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil.
“Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, - sakinlər bildirirlər.


İddia olunur ki, “İnteks” MMC-yə məxsus olan yaşayış kompleksinin satış zamanı müştərilərə təqdim etdiyi ərazilər də başqa quruma aid olub:
“Satış zamanı göstərdikləri ərazi də şirkətin deyilmiş. Satış zamanı bizə futbol meydançası, fontan, istirahət güşəsi, qaçış zolağı, uşaqlar üçün uşaq meydançası vəd olunmasına baxmayaraq, ərazi şirkətə məxsus olmadığından oturacaq qoymağa belə yer yoxdur. 7 ildir ki, mənzillərimizə çıxarış ala bilmirik. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – red.) da duracaq nişanlarını basdırıb. Mənzillərin çıxarışı olmadığından öz həyətimizdə maşınımızı ödəniş ilə saxlayırıq”.



İddialarla bağlı “İnteks” MMC-dən məlumat almaq istəsək də, bu mümkün olmadı.
Qeyd edək ki, sözügedən yaşayış kompleksinin sakinləri daha əvvəl də dəfələrlə sadalanan problemləri ictimailəşdiriblər. Hətta 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüşən şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz veriblər. Lakin belə görünür ki, həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.(Yeniavaz.com)

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir