kanal1

“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı

Tarix:10-02-2025, 16:42
Baxış Sayı:0


Bakıda məşhur “Meating Point” restoranında zəhərlənmə hadisəsi qeydə alınıb.
Bu barədə restoranın müştərisi Haldun Novruzzadə məlumat verib.
Meating Point - Menyu, Menu, Prices & Restaurant Reviews - Menyu, Qiymətlər & Restoran rəyləri - Monyo.az

O iddia edib ki, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra zəhərləniblər:
“Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, evdə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Hər ikimiz də zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.

H.Novruzzadə Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində onlara tibbi yardım olduğunu söyləyib:
“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”

H.Novruzzadə vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hadisə ilə bağlı maraqlanıblar:
“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.
Meating Point, restoran, Bakı, Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 4 — Yandex Maps

KTM-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10-da saat 02:08 radələrində 1991-ci il təvəllüdlü vətəndaş Haldun Novruzzadə qızdırma, halsızlıq, ürəkbulanma şikayətləri ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:
“Pasiyentə müayinə prosedurları icra edildikdən sonra qastroenterit diaqnozu qoyulub. Vital göstəriciləri norma daxilində olub. Zəruri tibbi yardım xidmətlərindən sonra xəstə ambulator müalicə üçün evə buraxılıb”.
AQTA-dan isə bildirilib ki, qeyd olunan məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:
“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.

Xalq.az

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir