kanal1

Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya

Tarix:10-02-2025, 15:38
Baxış Sayı:3



Elmira Yaqubovanın adı son günlərdə bir neçə iddia ilə gündəmə gəlib. O, təkcə təhsil sistemində deyil, eyni zamanda maliyyə yoxlamaları fonunda da müzakirə obyektinə çevrilib. Mənbələrin iddiasına görə, o, məktəbdən və müəllimlərdən pul toplamaqla bağlı təşəbbüslər göstərir. Üstəlik, bu cür fəaliyyətlərini nüfuzlu şəxslərə arxalanaraq davam etdirdiyi bildirilir.

Əvvəla, təhsil sahəsində işləyən bir şəxsin belə məsələlərlə gündəmə gəlməsi özü suallar doğurur. Məktəblər elmin, bilik və tərbiyənin yuvası olmalıdır, lakin əgər iddialar doğrudursa, buradakı əsas dəyərlər bir kənara qoyulub, yerini fərdi maraqlara verib.

Bəs yoxlama komissiyası?

Onların verdiyi qərarlar göstərir ki, heç bir korrupsion razılaşma yoxdur—əks halda bir yoxlamada dörd müavin işdən çıxarılmazdı. Lakin Elmira Yaqubovanın buna baxmayaraq, öz vəzifəsini qoruyacağına dair iddiaları hansı reallığa əsaslanır? Onun müəyyən dairələrin dəstəyinə güvəndiyini deməsi bir növ siyasi güc nümayişi sayıla bilər. Bəzi yerlərdə Sumqayıt icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla atasının əvvələr münasibəti olmasını, elə bu səbəblə onun sayəsində postunu saxlayacağını tam arxayınlıqla ifadə etməkdən çəkinmədiyi deyilir.
Əgər doğrudan da Elmira Yaqubova nüfuzlu şəxslərə arxalanırsa və bu arxayınlıq ona məktəbdə müəyyən qanunsuz təşəbbüslərə başlamaq imkanı verirsə, o zaman bu, təkcə təhsil sistemi üçün deyil, ümumilikdə cəmiyyət üçün təhlükəli tendensiyadır. Dövlətin yoxlama orqanları, qanunun aliliyi prinsipləri belə halların qarşısını almalıdır.

Burada başqa bir mühüm məsələ var: müəllimlər, direktorlar, ümumilikdə təhsil işçiləri öz postlarını qorumaq üçün hansı metodlara əl atırlar? Əgər idarəetmə sistemi real meritokratiya prinsiplərinə əsaslansa, o zaman heç bir müəllim və ya direktor belə iddialarla gündəmə gəlməzdi. Deməli, Elmira Yaqubovanın ətrafında yaranan bu qalmaqal sadəcə fərdi məsələ deyil, bu ümumi sistemin bir simptomudur.
Əgər Elmira Yaqubova haqlıdırsa, o zaman bütün bu iddiaların arxasında nə dayanır? O, özünü müdafiə edəcəkmi? Yoxsa zamanla bu məsələlər də unudulacaq və təhsil sistemində oxşar hallar davam edəcək? Bunlar hələ açıq suallardır. Lakin bir şey dəqiqdir: Elmira Yaqubova və onun kimi vəzifə başında olan şəxslər üzərlərinə düşən məsuliyyəti dərk etməli və təhsili şəxsi ambisiyalarına qurban verməməlidirlər.(aknews.az)

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir