kanal1

“Hər ay müəllimlərdən 15-20 manat məbləğində pul yığılır” - Təhsil işçisindən NARAZILIQ

Tarix:4-02-2022, 21:10
Baxış Sayı:25

“Hər ay müəllimlərdən 15-20 manat məbləğində pul yığılır” - Təhsil işçisindən NARAZILIQ


Ucar rayonu Qarabörk kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət ərizəsi daxil olub.

ictimailider.az bizimyol.info-ya istinadla xəbər verir ki, məktub, Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən Əliyev Allahverdi Tarif oğlu tərəfindən göndərilib. Məktubda məktəbin direktoru olan Aysel Həmidovaya qarşı rüşvət, məktəbi biznes sahəsinə çevirməsi, vəzifəsindən sui-istifadə edərək, iş rejimini, qaydalarını, əmək normalarını pozması və s. kimi ittihamlar irəli sürülür.

“Hər ay “Fond pulu” adı ilə müəllimlərdən 15-20 manat məbləğində pul yığılır ki, bu da bir ayda 1200 manat pul edir. Adını da belə qoyub ki, fonda yığılan puldan məktəbin xərcləri ödəniləcək. Ancaq bu 1 il 6 ay ərzində Fonda yığılan puldan cəmi bir ədəd 200 manat qiymətində olan hidrofon aparatı alınıb, onun da 125 manatı fonddan ödənilib, 75 manat mağazaya borclu qalıb.

Mən mətbuat vasitəsilə Təhsil Naziri cənab Emin Əmrullayevdən və hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Ucar rayonu Qarabörk kənd tam orta məktəbdə direktor işləyən Aysel Həmidovanın korrupsiya əməlləri tam hərtərəfli və obyektiv araşdırlısın, barəsində ciddi tədbirlər görülsün”,- deyə məktubda qeyd olunub.

Məsələ ilə bağlı Ucar rayon Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüflər olsun ki, sorğumuza cavab verən tapılmadı.

Qeyd edək ki, məsələyə rəsmi münasibət almaq üçün Təhsil Nazirliyinə də sorğu göndərilib. Ümidvarıq ki, yaxın günlərdə şikayətçinin məktubuna baxılacaq və cavab veriləcək.

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb