kanal1

İnam Kərimov bu sahəyə YARDIM ƏLİNİ UZATMASA... - Fermerlərdən NARAZILIQ

Tarix:4-02-2022, 20:24
Baxış Sayı:26

İnam Kərimov bu sahəyə YARDIM ƏLİNİ UZATMASA... - Fermerlərdən NARAZILIQ

Bir müddət əvvəl Azərbaycan Almaniya, İsveçrə, Rusiya, İtaliya və Türkiyədən fındıq tədarükünü bərpa edib. Maraqlıdır, ötən il fındıq istehsalı, idxalı ilə bağlı ölkədəki vəziyyət necə oldu? Ümumiyyətlə, kəndlilər məhsuldarlıqdan, qiymətlərdən razıdırmı?
Əvvəlcə Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarına nəzər yetirək:
DSK-nın məlumatına görə, ötən il Azərbaycana Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Böyük Britaniya, İrlandiya, Çexiya, Çin, Hindistan, İran, israil, İtaliya, Livan, Lüksemburq, Meksika, Misir, Namibiya, Niderland, Paraqvay, Peru, Şri-lanka, Tailand, Türkiyə, Viyetnam, Yaponiyadan qabıqlı-qabıqsız, qurudulmuş, yaxud təzə, eyni zamanda da konservləşmiş qoz-fındıq idxal edilib. Konkret fındıq idxalı isə ötən il 2.06 ton olub.
İxracla bağlı rəqəmlər isə daha yüksək olub:
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbayandan 19 459.00 ton meşə fındığı ixrac edilib. 2020-ci ildə bu rəqəm 18 892.89 ton olub.
İstehsal:
Ötən il Azərbayanda rekord həcmdə - 70 min tona yaxın fındıq istehsal olunub.

Kəndlilər narahatdır
Kəndliləri ən çox narahat edən məsələ isə qiymətlərin aşağı düşməsi, fındığın ucuzlaşmasıdır. Belə ki, Qax, Zaqatala, Oğuz və Xaçmazda da fındığın qiyməti aşağı düşüb. Ötən il 5-6 manata alınan fındıq hazırda 3 manata fermerdən alınır.
Müxtəlif blgələrdən olan kəndlilərdən aldığımız məlumata görə, ötən həftə Zaqatalada fındığın alışı 3.50-3.70 AZN, Xaçmazda isə 4.00-4.20 AZN olub. Bu il qiymətin aşağı düşməsi onlarda haqlı narahatlığa səbəb olub. Çünki belə kəndlilərin əksəriyyəti dolanışığı üçün fındıqdan daha çox fayda götürməyi hədəfləsələr də, buna nail ola bilmirlər.

ictimailider.az-ın məlumatına görə, fermer Vüsal Əliyev Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, son zamanlar fındıq bağlarında çoxlu xəstəliklərin yayılması ağacların məhsuldarlığını aşağı salıb:
“Nəticə etibarı ilə ağaclar sürətli şəkildə quruyurlar. Əvvəlki illərdə fındıqçılıq əsas, gəlirli sahələrdən biri olsa da, hazırda maraqsız bir sahəyə çevrilib”.

O fındığın bazar qiymətindən aşağı yığıldığını vurğulayır:
“Payızda fındığı yığmaq üçün fəhlə tutulur, fındıq bazar qiymətindən aşağı yığılır. Bu amil kəndlinin fındıqçılığa marağını azaldır. Lakin daha əvvəlki illərdə olduğu kimi, məhsuldarlıq yüksək olsa, indiki qiymət kəndlini qane edə bilərdi. Qeyd edim ki, hazırda yerli bazarda fındıq 5-6 manata satıldığı halda məhsul kəndlidən 3-4 manata alınır”.
Kəndli deyir ki, verilən subsidiyalar bugünkü bazara görə çox aşağıdır:
“Bu subsidiyadan nağd şəkildə istifadə etmək mümkün deyil. Yalnız maya dəyərindən bir neçə dəfə artıq satılan gübrəni almaq üçün həmin vəsaitdən istifadə etmək mümkündür. Belə amillər kəndliyə imkan vermir ki, təsərrüfatına xərc qoysun. Çünki kəndlinin özündə pul yoxdur, bağlardan fayda götürə bilmir ki, ora müəyyən vəsait yatırsın”.

Kəndli qeyd edir ki, qoz bağlarının artması ilə əlaqədar fındıq bağlarına su vermək mümkün deyil, nəticədə fındığın məhsuldarlığına mənfi təsir edən daha bir amil ortaya çıxır.
O təklif edir ki, fındıqçılığın inkişafı üçün yeni layihələr işlənsin, xüsusən də xaricdən gətirilən, yerli şəraitə uyğunlaşdırılan məhsuldar fındıq sortları ilə kəndlilərin təmin olunmasına şərait yaradılsın:
"Fındıq məhsuladar bitkidir və onun Azərbayanda da böyük perspektivi var, layihələr işlənərsə məhsuldarlıq çox olar”.
Vüsal Əliyev həmçinin fındıq ağacları olan pay torpaqlarının bölgüsündə ciddi səhvlərin olduğunu, bu bağların yaşayış yerlərindən çox uzaqda olmasının da əlavə problemə səbəb olduğunu vurğulayıb.
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, Azərbaycan ötən il 111 milyon 788 min ABŞ dolları dəyərində dünya ölkələrinə məhsul ixrac edib.

Onun sözlərinə görə, fermerlərə dəstək olaraq müxtəlif tinglərin gətirilməsi, aqrotexniki qaydalara əməl etmək üçün müəyyən gübrələrlə təminatın yaxşı təşkili, ixracatın qarşısında olan maneələrin aradan qaldırılması, müxtəlif dövlət dəstəyi proqramlarının icrasına ehtiyac var:
"Fındıqçılıq elə bir sahədir ki, bura investisiyalar bəhrəsini verir. Ola bilər ki, bu sahədə uzunmüddətli kreditlərin verilməsinə ehtiyac yaransın".

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb