kanal1

Ramiz Mehdiyevin “Bakı” klinikası NECƏ OLACAQ? - İDDİA

Tarix:2-02-2022, 16:41
Baxış Sayı:13

Ramiz Mehdiyevin “Bakı” klinikası NECƏ OLACAQ? - İDDİA

AMEA prezidenti Ramiz Mehdiyev artıq çamadan ovqatındadır. Keçmiş PA rəhbərinin akademiyadan da yola salınmasına sayılı günlər qaldığını desək, yalan olmaz. Artıq ardıcıl olaraq ona istefa çağırışları səslənir.
Əvvəlcə AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şükürov, sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibli indisə tarixçi-alim, deputat Musa Qasımlı R.Mehdiyevi öz xoşuyla getməyə çağırır. Hər üç elm adamları hesab edirlər ki, akademiya prezidenti AMEA-nı viran günə qoyub, intriqabazlıq, yeyinti, konflikt, yalnız şəxsi maraqlarını güdməsi, səriştəsizliyi və yarıtmaz fəaliyyəti göz qarşısındadır. Bu bəyanatlar təsadüfi deyil və Mehdiyev erasının tamamilə başa çatmasına hazırlıqdır.

TİA.Az-ın əldə etdiyi məlumata görə, bu xüsusda R.Mehdiyevin biznesinin də əlindən çıxması istisna deyil. Bilgilərə görə, AMEA rəhbərinə məxsus olan biznes subyektlərindən biri – “Bakı” klinikasıdır.Bir müddət əvvəl klinika rəhbəri qəza törətmişdi və bu faktla gündəmə gələn Aytən Quliyevanın üzərindən “Bakı”nın R.Mehdiyevə aid olduğu iddiaları səslənmişdi.

Lakin AMEA təkidlə təkzib edirdi ki, klinika Mehdiyevə məxsus deyil. Bununla belə saytımıza daxil olan xəbərlərdə “Bakı” klinikasının AMEA rəhbərinə aid olduğu, gizlədildiyi israrla qeyd edilir. Məlumatlara görə, klinikanın Mehdiyevin nəzarətindən çıxması an məsələsidir.

Yəni tezliklə “Bakı” klinikasına əl qoyula bilər və rəhbəri A.Quliyevanın da uzaqlaşdırılması iddiaları səslənməkdədir. Qeyd edək ki, bu klinika tez-tez bahalığı və qalmaqallarla gündəmə gəlib. Amma “Baku Clinic” vətəndaşların bugünkü iqtisadi vəziyyətini nəzərə almadan şəxsi çıxarları naminə fantastik və soyğunçu qiymətlər müəyyən edib. Burada analizlər, çek-aplar, müxtəlif müayinələrin ödənişi son dərəcə bahadır.
Klinika ilə əməkdaşlıq edən həkimlər isə faiz götürmək üçün pasientlərini analiz üçün bura yönəldirlər. Bu tibb ocağının rəhbərinin kim olması da sirr saxlanır. Müəssisənin rəsmi internet saytında baş həkimin kimliyi, tibb personalı haqda məlumat verilmir. burada kompüter tomoqrafiyasından keçib və nə az, nə çox düz 95 manat alınıb. Bu tarifi müəyyənləşdirən klinika rəhbərliyi hansı meyarları, əsasları, iqtisadi şəraiti əldə rəhbər tutub aydın deyil. Klinikanın və direktorunun müsahibəsini işıqlandırmağa hazırıq.

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb