kanal1

Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT

Tarix:9-06-2021, 13:18
Baxış Sayı:6

Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi bir müddətdir ki, Biləsuvarda örüş sahələrinin məmurlar tərəfindən qanunsuz zəbt edilməsinə görə əhali arasında narazılıq var. Bununla bağlı Biləsuvar rayon Səmədabad kənd sakinləri ölkə başçısına, Baş Prokurorluğa və digər aidiyyatı qurumlara şikayət ediblər.

2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Fərahim Novruzovun atası Nadir Novruzov Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı ərazilərin Biləsuvarın keçmiş icra başçısı Əli Babayev tərəfindən zəbt edildiyini bildirib:

Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT

“Əli Babayev Biləsuvarın icra başçısı işləyəndə ancaq özünə var-dövlət yığmaqla məşğul olub. Buna görə də hektarlarla torpaq sahələrini zəbt edərək öz yaxınlarının adına sənədləşdirib. Biz kənd sakinləri olaraq Ə.Babayevin bu özbaşınalığının qarşısının alınması üçün aidiyyatı qurumlara şikayət etmişik. Ə.Babayev indi də Bilsəuvar Ağsaqqallar Şurasının sədridir. Bizim onun vəzifəsiylə işimiz yoxdu, amma necə olur ki, hektarlarla torpaqları o, və adamları əkib-becərir, biz kənd sakinləri isə bir sot torpaq sahibi deyilik?!”.

Şəhid atası deyib ki, onlar Baş prokuroruluğa şikayət ediblər, amma ürəkaçan nəticə olmayıb:

“Biz bütün bu korrupsiya faktlarıyla bağlı Baş prokurorluğa şikayət məktubları ünvanladıq və tələb etdik ki, rayona nümayəndə göndərsinlər. Baş prokurorluq isə problemin həll olunması üçün Biləsuvar rayon Prokurorluğuna tapşırıq verib. Amma çox təəssüflər olsun ki, heç bir nəticə yoxdu. Biz şəhid və qazi ailələri şikayətçiyik. Əslində bu gün o torpaqlardan bizlər istifadə etməliyik”.

N.Novruzov deyib ki, məsələdən Biləsuvarın deputatı Bəhruz Məhərrəmovun da xəbəri var:

“Biz bu məsələni deputatımız Bəhruz Məhərrəmovun da diqqətinə çatdırdıq. Çox sağ olsun o, da sənədləri Baş Prokurorluğa təqdim edib. Amma hələ ki, biz ciddi tədbir görülməsini səbirsizliklə gözləyirik. Əgər məsələ həll olunmasa, biz şikayətlərimizi etməkdə davam edəcəyik. Bir daha xahiş edirik ki, problemin araşdırılması üçün Bakıdan rayona nümayəndə göndərilsin. Yerli qurumlar Əli Babayevin saxtakarlıqlarını ifşa etməkdə acizdi”.

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO