kanal1

Nazirlik Naxçıvanda layihə həyata keçirəcək

Tarix:Dünən, 18:23
Baxış Sayı:0


26-29 iyun tarixlərində Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.

Layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır.

Simulyasiya formatında keçiriləcək tədbirdə iştirakçılar real beynəlxalq hüquq münaqişəsini təhlil edərək dövlət, investor və ictimaiyyət maraqlarını mübahisələndirmək imkanı əldə edəcəklər.

Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər. Tədbirdə ümumilikdə 40 nəfərin iştirakı nəzərdə tutulur. Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.

Layihə gənclərə yalnız nəzəri bilik qazandırmaqla kifayətlənməyəcək, həm də onların arbitraj hüququ istiqamətindəki proseslərə peşəkar yanaşma bacarıqlarını formalaşdıracaq.

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO