Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.
Məlumata görə, məktəb rəhbərliyi tərəfindən müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb.
Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması qərara alınıb.
Bakı Şəhəri üzə Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Sözügedən məktəbin direktoru Ruhiyyə İbrahimova Bakupost.az- a bu barədə açıqlama verməkdən etdi, yalnız "idarə məlumat yayıb" deməklə kifayətləndi.
Xatırladaq ki, 112 saylı məktəblə bağlı ilk qalmaqal deyil. Belə ki, bir müddət əvvəl bu məktəbin şagirdi sinif yoldaşını döyüb lentə alıb, sonrada sosial şəbəkədə paylaşılıb.(Bakupost)