kanal1

İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... - İLGİNC FAKT

Tarix:8-06-2021, 11:20
Baxış Sayı:29

İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... - İLGİNC FAKT

Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə nəhayət ki, kümdarlar tərəfindən barama qurdlarının becərilməsinin son mərhələsində müəyyən problemlərin yaranması, ipəkqurdlarının barama sarıması prosesinin ləng getməsi ilə bağlı müraciətlər əsasında hərəkətə gəlib. İcra başçısı ötən günlər ərzində rayonun Mırtı, Şəkər, Şəhadət, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində olub. İlk olaraq Şəhadət kəndində barama qurdlarının becərilməsi prosesi ilə tanış olan Mehdi Səlimzadə tam yetişmə mərhələsində olan ipəkqurdlarının barama sarıma prosesinin alınmadığının şahidi olub.
İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... - İLGİNC FAKT

Bununla yanaşı icra başçısı rayonun meyvəçilik və faraş tərəvəzçiliklə məşğul olan Mırtı, Şəkər, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində də kümdarlar tərəfindən oxşar halların baş verməsinin şahidi olub.
Qeyd edək ki, rayon icra başçısı Mehdi Səlimzadə yaranmış problemlərin səbəblərinin dəqiqləşdirilməsinə müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verib.
Xatırladaq ki, Göyçayda bir çox inzibati binada, kəndlərdə bəzi məktəb və digər yerlərdə də barama saxlanılması barədə xoşagəlməz hallar mövcuddur. Yəqin ki, bu neqativə yol açan Mehdi Səlimzadə bu halın aradan qaldırılması üçün də səsini çıxaracaq.
Yeni iddiaya görə, M.Səlimzadənin qəfil hərəkətə keçməsinin səbəbi var. O, əslində şəhər ərazisində (məsələn "Aztelekom"-un yerli binası-red) inzibati binalarda saxlanılan barama təsərrüfatlarını təcili kəndlərə köçürtdürür. Anlaşılan odur ki, Göyçayda baramaçılıq əvvəlki illərdə olduğu kimi, bu il də tənəzzül edir...
Demokratik.Az

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO