kanal1

Bakının bu məktəbinin direktoru ilə bağlı inanılmaz FAKT - 28 ildir…

Tarix:Bu gün, 08:52
Baxış Sayı:0


Son aylarda bir sıra məktəb direktorlarının qanunsuz fəaliyyəti ifşa olunub, bəziləri işdən azad edilib. Bu xüsusda Elm və Təhsil nazirliyinin neqativ hallara operativ reaksiyası təqdir edilməlidir.

Ancaq təhsil sistemində hesabatlılıq, şəffaflıq və ictimai nəzarətin olmaması ilə bağlı narahatlıqlar artmaqdadır. Bakı məktəblərinə rəhbərlik edən direktorların fəaliyyəti, vəzifədə qalma müddəti və bu vəzifələrə hansı yollarla gəldikləri cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.

Bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri, Nərimanov rayonu 47 saylı məktəbin direktoru Aytən Bağırovadır. O, 1998-ci ildən etibarən artıq 28 ildir ki, eyni məktəbə rəhbərlik edir.

Bu qədər uzun müddət dəyişmədən direktor vəzifəsində qalmaq cəmiyyətdə ciddi suallar doğurur: Aytən Bağırovanı bu kresloda bu qədər müddət saxlayan hansı güclərdir? Onun toxunulmazlığını təmin edən kimlərdir?

Daha maraqlısı isə odur ki, bir məktəbdə 28 illik rəhbərlik tarixçəsinə malik bir şəxsin fəaliyyəti barədə nə mediada, nə də rəsmi mənbələrdə demək olar ki, ciddi, təsirli bir xəbərə, hətta yeni bir fotoya rast gəlmək mümkün deyil. Bununla bağlı internet üzərindən aparılan kiçik bir araşdırma dediklərimizi təsdiq edir.

Aytən Bağırova sanki ictimaiyyət üçün “görünməz direktor”a çevrilib. Bu qədər mühüm vəzifə daşıyan bir şəxsin bu səviyyədə qapalı qalması, ictimai hesabatlılığın olmaması ciddi narahatlıq doğurur.

Bir müddət əvvəl məktəbin müəllimlərindən biri Təranə Mərdanova mətbuata verdiyi açıqlamada bildirib ki, direktor Aytən Bağırova məktəbi şəxsi obyektinə çevirib. Onun sözlərinə görə, direktorla bağlı etdiyi şikayətlər yuxarı instansiyalarda cavabsız qalır. Bu faktlar onu göstərir ki, məsələ təkcə uzun müddət kresloda qalmaqla bitmir – burada həm də himayədarlıq, məsuliyyətsizlik və cəzasızlıq mühiti mövcuddur.

Əgər ölkədə direktorlar vaxtaşırı monitorinqdən keçirsə, fəaliyyətləri qiymətləndirilirsə və nəticəyə əsasən rotasiyalar həyata keçirilirsə, bu qədər müddət eyni vəzifədə qalan şəxslər necə və niyə dəyişməz qalır?

Yoxsa bəzi direktorlar üçün bu sistem işləmirmi?

Təhsil cəmiyyətin təməlidir. Bu təməlin üzərində şəxsi maraqlar yox, peşəkarlıq, cavabdehlik və şəffaflıq dayanmalıdır. Əks halda, təhsil müəssisələri şəxsi təsir dairəsinə çevrilir və bu da nə müəllimlərə, nə valideynlərə, nə də şagirdlərə xidmət edir.(Editor.az)

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO