kanal1

Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...

Tarix:Bu gün, 17:12
Baxış Sayı:0


Laçın rayon İcra Hakimiyyəti daha bir tenderə yekun vurub.

Rəsmi qaynaqlardan belə məlum olur ki, bu tender Qayğı qəsəbəsində bir sıra işlərin reallaşdırılması məqsədi ilə keçirilib.
Belə ki, Laçın İcra Hakimiyyəti Qayğı qəsəbəsində abadlıq işləri, qəsəbə daxili yolların cari təmirini, qəsəbə daxili işıqlandırmanı həyata keçirəcək. Bu işlərin ümumi dəyəri 696 min 170 manat təşkil edir ki, bununla əlaqədar “AVTOYOLTIKINTISERVIS” MMC ilə müqavilə imzalanıb.
Qeyd edək ki,sözügedən MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Bura qədər hər şey qaydasındadır. Laçın İcra Hakimiyyəti tender keçirib, iştirakçı şirkətlərdən biri də prosesə qatılıb, sərəfli təklif verib və qalib olub. Amma udan şirkətin kimə məxsus olması məsələnin əksini deməyə də əsas yaradır.
Yenixeber.org olaraq araşdırmalarımızla məlum oldu ki, “Avtoyoltikintiservis” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov Qobustanın icra başçısı Adil Məmmədovun oğludur. Həmin məlumatlara görə, Ramin Məmmədov məhz atasının nüfuzu və vəzifəsindən istifadə edərək, əksər iri tenderlərin qalibi ola bilir. Güman ki, Raminin atasının icra başçısı olması səbəbindən Laçının icra başçısı Aqil Nəzərli də ona bu tenderi “hədiyyə” edib.(Yenixeber.org)
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Saatlı Xəstəxanasında nə BAŞ VERİR?
Saatlı Xəstəxanasında nə BAŞ VERİR?
Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi
Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi
Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...
Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb” - DƏLİXANADIR, VALLAH...
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb” - DƏLİXANADIR, VALLAH...
Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA
Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA