kanal1

Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?

Tarix:Bu gün, 15:33
Baxış Sayı:0


İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə lisenziya əlavəsi dayandırılan estetik klinika fəaliyyətini davam etdirir.
Hazırda “Laser Beauty Estetik” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.

Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.

İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik” klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.


Həmçinin bildirir ki, Yasamal məhkəmənin qərarına əsasən, “Laser Beauty Estetik” klinikası 8000 manat cərimələnib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib. Sözügedən yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər deyə məlumatda qeyd olunurdu.

Bəs görəsən İqtisadiyyat nazirliyi vəzifə başında olan rəsmi şəxsləri hədələyən və təhdid edən Rəna Soltanova və Yeganə Cəfərova ilə bağlı niyə lazımi qərar verə bilmir? Nədir “Laser Beauty Estetik Klinikası”nın sirli tərəfi ki, cəmiyyət bundan xəbərsizdir.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.(Xalq.az)

Məlumatda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Saatlı Xəstəxanasında nə BAŞ VERİR?
Saatlı Xəstəxanasında nə BAŞ VERİR?
Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi
Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi
Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...
Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb” - DƏLİXANADIR, VALLAH...
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb” - DƏLİXANADIR, VALLAH...
Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA
Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA