Sabirabad rayon Şəhriyar kənd sakini Faiq Abdullayev deyir ki, ona məxsus torpaq sahəsi qanunsuz olaraq, Sabrabad rayonunun torpaq şöbəsinin müdiri Vəli Əliyev tərəfindən qeyri-qanuni olaraq icarəyə verilib.
"Dia.az"ın məlumatına görə, şikayətçi açıqlamasında deyir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Abdullayevin iddiasına görə, bu qanunsuz əməlin arxasında İcra hakimiyyətinin 1-ci müavini Həsən Həsənov durduğu üçün onun şikayətinə baxan yoxdur.
Ona məxsus obyektə getdiyində Həsən Həsənov və Vəli Əliyev onu ölümlə hədələyir. O, bununla bağlı dəfələrlə Sabrabad rayonunun icra başçısının qəbuluna düşmək istəsə də, Həsənov buna mane olub.
Şikayətçi deyir ki, 5 nəfərdən ibarət ailə üzvü var, maddi durumu çox zərifdir. Qanunsuz olaraq torpağı əlindən alındığı üçün təsərrüfatla da məşğul ola bilmir.
O, aidiyyatı qurumlara müraciət edərək ona məxsus olan torpağın qaytarılması üçün kömək etmələrini xahiş edir.
Məsələ diqqətimizdədir...
Dia.az