kanal1

AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...

Tarix:25-01-2025, 16:25
Baxış Sayı:23


Əhməd adını seçilmiş, fərqli xarakterə malik olan tərifəlayiq insanlar daşıya bilər. Və mənim düşüncəmlə Əhməd adı müqəddəs ad olmaqla bərabər sevilən, hörmət edilən addır.
Atalarımızın bir misalı var:
Ad insanı bəzəməz, insan adı bəzəyər. Yazımın əsas qəhrəmanı, müqəddəs adın daşıyıcısı olan Əhməd müəllim mən deyərdim ki, daşıdığı adın müqəddəsliyini qoruyub saxlayan, adı ilə əməlləri eynilik təşkil edən, hər kəs tərəfindən sevilib, seçilən, tərif edilən bir insandır.
Bəli, dəyərli İctimailider.az oxucuları, düz eşitdiniz. Yəni, adının mənasından göründüyü kimi Əhməd müəllim hərtərəfli tərifə, hörmətəlayiq bir insandır, desəm, yanılmaram.
Əhməd ƏhmədzadəTanrının ona verdiyi inamın, etiqadın, dözümün, cəsarətin, fərasətin, istedadın köməyilə çətinliklərə sinə gərən, həyatda öz yolunu, səmtini əqlin gücü ilə müəyyən edən və bu yolla insanlığın, kamilliyin zirvəsinə çatan kişilərdəndir. Ləyaqət və dəyanət sahibi olan bu insan haqqında ellilərinin, onu tanıyan hər kəsin qənaəti budur ki,o, sanki dünyaya ancaq yaxşılıq, səxavət, mərhəmət üçün, Vətənə və xalqa sədaqətli xidmət etmək üçün gəlmişdir.
Yaşadığı ömür yolunda çox dolaylar dolanıb, zirvələr aşmış Əhməd müəllim həmişə, hər yerdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmiş, alın-açıqlığı, üzağlığı ilə məsuliyyətlə hər işi yüksək səviyyədə icra etmişdir. İşlədiyi bütün idarə, müəssisə və təşkilatlarda fəaliyyəti dövründə bircə dəfə də olsun qanun pozuntusuna, işində nöqsana yol verməyib. Bu da onun məsuliyyətli olmasından, peşəsinə ,vəzifəsinə qəlbən bağlılığından, nəfsinin toxluğundan və ən əsası insani keyfiyyətlərindən irəli gəlir. O, həqiqi mənada kamilliyin meyar daşıyıcılarındandır.
Onu sadəcə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, Baş nazir Əli Əsədovun müşaviri Əhməd Əhmədzadə kimi təqdim etməklə kifayətlənmək düz olmazdı. Əhməd müəllim təkcə öz vəzifəsini icra etməklə kifayətlənmir, lazım gələndə ümumi işin uğurlu alınması üçün vəzifəsindən də artıq işləri üzərinə götürür və yüksək səviyyədə yerinə yetirir.
O eyni zamanda KİV işçilərinin də dostudur. Onun jurnalistlərə verdiyi dəyər, heç zaman jurnalistlərdən qaçmaması və onları maraqlandıran suallara dolğun cavab verməsi hər zaman oxucu kütləsinin marağına səbəb olmuş, etibarlı mənbə kimi xidmət etmişdir.Təkcə bu cəhət haqqında nəticə çıxarmağa əsas verir-sözü düz olanın əməli də düz olar.
Biz də son olaraq öz növbəmizdə
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, Baş Nazir Əli Əsədovun müşaviri Əhməd Əhmədzadəni
yüksək keyfiyyətlərə malik olan dəyərli insanı, 7 Yanvar 2025-ci il tarixdə 80 yaşının tamam olması, eyni zamanda Şöhrət Ordeninə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şərəfli fəaliyyətində uğurlar diləyirəm.
Bir daha 80 illik şərəfli ömrünüz, yubileyiniz mübarək olsun, deyirəm, Əhməd müəllim.
Daima sevib, seviləsiz.

"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?