kanal1

Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix:25-01-2025, 13:38
Baxış Sayı:1


Dövlət Gömrük Komitəsində nəinki rəis heyətinin, sıravi işçilərin də əməkhaqları verilmir.

Bu barədə AFN.az-ın "Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmir" sərlövhəli xəbəri ilə tanış olan oxucular məlumat veriblər. Bildirilir ki, DGK-nın idarələrində rəislərlə bərabər, zabit heyəti, sıravi işçilərin əksəriyyəti də 4 aydır əməkhaqqı almır: "Məzuniyyət pulları, əlavələri, maaşları heç biri ödənmir".

Başqa bir oxucunun verdiyi məlumatda isə daha ciddi məqamlar əksini tapıb. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov idarələrin hamısına "tas" qoyub. Bakı Baş Gömrük İdarəsində çalışan oxucumuz deyir ki, adıçəkilən idarə təkcə ötən ilin dekabr ayında 400 milyona yaxın "öhdəlik" yerinə yetirib: "Rəis heyətinə "hava xoşdur", əsas çətinlik sıravi işçilərə yaranıb. Bir qəpik qazanc olmadan işə gedib-gəlmək, dolanmaq, ailə saxlamaq asan məsələ deyil. Elə bu gün-sabah deyə-deyə saxlayırlar, deyirlər ki, hamısı bir yerdə köçürüləcək. Heç olmasa Yeni ildə bayramqabağı bir az pul ödəmədilər ki, ailəmizlə normal bayram qeyd edək".

Qeyd edək ki, DGK-nın sədri general-leytenant Şahin Bağırovun özü ilə bərabər, rəhbərliyi ilə idarə olunan idarələrin də Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general mayor Ceyhun Məmmədovun 23076.85 manat, Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik Eldar Bədəlovun 17395.86 manat, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun 73070.08 manat, Dəniz Nəqliyyatı Və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun 28403.35 manat, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun 46380.03 manat vergi borcları yaranıb.(AFN)

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir