kanal1

Zərərçəkmiş Xalid Kərimov Prezidentə müraciət edərək istintaq işinin nəzarətə götürülməsin xahiş edir

Tarix:20-12-2024, 12:54
Baxış Sayı:4


Bakunews.az-a vasitəsi ilə Prezidentə müraciət edən Xalid Kərimov etdiyi şikayəti üzrə açılmış cinayət işi ilə bağlı istintaqın nəzarətə götürülməsin istəyib.

O, müraciətində qeyd edir ki, "Xəlilova Aybəniz Səyyaf qızı məni rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə məni təhdid edərək bir ildən artıq müddət ərzində 836 min manatdan çox pulumu hissə-hissə ələ keçirtmişdir və bununla da kifayətlənməyərək ailəmi təhdid etməyə başlamış, azyaşlı uşaqlarımı güdüb üstlərinə maşın sürmüş, bu kimi hərəkətləri ilə ailəmizə olmazın zülmünü yaşatmışdır. Mən Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə 14.11.2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanmış və 21.11.2024-cü il tarixdə Xəlilova Aybəniz Səyyaf qızı şübhəli şəxs qismində tutulmuş, 23.11.2024-cü il tarixdə isə Aybəniz Xəlilova Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Aybəniz Xəlilova görüşlərdə dəfələrlə yüksək vəzifəli şəxslər və generallarla münasibətinin olduğunu, ona heç kəsin heç nə edə bilməyəcəyini deyərək bununla mənə təsir etmişdir. Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət vardır, bu yollarla Aybəniz Xəlilova Apellyasiya məhkəməsinə də təsir edərək azadlığa çıxmışdır.

Ona görə də Möhtərəm Prezidentim! Ümidim Sizədir. Müraciət edərək kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm. Əks halda tik tok və digər sosial şəbəkələrdə Aybəniz kimi cinayətkarların cəzasız qaldığını görüb başqaları da Aybəniz kimi qanunsuz əməllərə yol verəcəklər.

Zərərçəkmiş Xalid Kərimov"

Bakunews.az

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO