kanal1

Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...

Tarix:Bu gün, 13:00
Baxış Sayı:0


Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Nəbiyev Canəli Xanəli oğlu tərəfindən hüquqlarının pozulması səbəbi ilə Ağdam rayon Prokurorluğuna şikayət edib.

Daha öncə də Moderator.az hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsi olduğu kimi yayımlamışdı.

Şikayətçi I vitse-prezidentə müraciətində Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Nəbiyev Canəli Xanəli oğlunun vəzifə səlahiyyətlərini aşaraq cinayət məsuliyyəti yaradan davranış və hərəkətlərə yol verdiyini bildirmişdi.

Sadıqova Mətanət Əli qızının Ağdam rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsini təqdim edirik:

"Hörmətli Prokuror!

Mən Bakı şəhərində Respublika Klinik Xəstəxanasında 30 il, Ağdam rayon Mərkəzi Xəstaxanasında isə 2012- ci ildən həkim kimi fəaliyyət göstərmişəm. 2020- ci ildən isə Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləyirəm. Həmişə nümunəvi işimə görə dəyərləndirilmişəm.
2024-cü ilin may ayının 14-dən Canəli Nəbiyev "Ağdam rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru təyin edildikdən sonra, tutduğum qulluq mövqeyinə görə onun tərəfindən ayrıseçkiliyə məruz qoyulmuşam. Belə ki, Canəli Nəbiyev "Ağdam rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru təyin edildikdən qısa müddət sonra müdiri olduğum Ailə Sağlamlıq Mərkəzi şöbəsini Quzanlı qəsəbəsində yerləşən Mərkəzi Xəstəxanadan, mərkəzdən təxminən 10 km aralıda yerləşən, gediş-gəlişin olmadığı Xındırıstan kənd həkim məntəqəsinin binasına köçürmək barədə qərar verdi. Onun bu qərarı hansı niyyətlə etdiyini deyə bilmərəm. Lakin həmin qərar açıq surətdə bizim şöbənin işini çətinləşdirdi. Odur ki, mən şöbə müdiri kimi bu qərara etiraz etdim. Çünki, köçürülməli olduğumuz bina şöbənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün zəruri avadanlıq, cihaz, generator, laboratoriya, TƏBİB-in internet xətti və s. ilə təchiz olunmamışdı. Bu, işin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir və əhali arasında narazılığa səbəb olurdu. Mənim Direktorun qəbul etdiyi qərara etiraz etməyim, onun mənə qarşı qərəzli mövqe tutmasına səbəb oldu. Direktor əsassız olaraq məni sıxışdırır, mənə qanunsuz olaraq intizam cəzası verir və əsassız olaraq təhqir edirdi. Mən bu cür haqsızlıqlara qarşı qanun çərçivəsində mübarizə aparmağa çalışırdım. Mübahisələrimiz hətta məhkəmə müşavirəsinə çıxmış və mənim haqlı olduğum sübuta yetirilmişdir.

Belə ki, direktor Canəli Nəbiyev 09 sentyabr 2024-cü il tarixdə müxtəlif xəstəxanalara yazılı müraciət ünvanlayaraq, cinayət xarakterli əməllər törətdiyimi bəyan edərək, mənim müalicə üçün xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir. Əslində onun bu hərəkəti mənim qulluq mövqeyimə görə ayrı-seçkiliyə məruz qoyulmağımın bariz təzahürü idi. Canəli Nəbiyev məhz Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri kimi qulluq mövqeyimə, yəni şöbə müdiri vəzifəsində işlədiyimə, onun qanunsuz qərarlarına etiraz etdiyimə görə mənə qarşı ayrı-seçkilik edərək, mənim sağlamlığımı qorumaq hüququmun həyata keçirilməsinə mane olurdu.

Canəli Nəbiyevin mənə qarşı tutduğu mövqe, onun mənə münasibətdə yol verdiyi əməllər intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi üçün həm hüquqi, həm də faktiki əsaslara malikdir. Mən hazırkı ərizə ilə Canəli Nəbiyevin istintaqı məhz prokurorluğa aid olan əməllərinə istinad etməklə onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2, 308.1 və 309.1-ci maddələri ilə cinayət işinin başlanmasına və onun cinayət məsuliyyətinə alınmasını xahiş edirəm.

“Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Canəli Nəbiyevin bir çox xəstəxanalara müraciət edərək müalicə məqsədi ilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etməsi ilə bağlı məktubu qeyd etdiyim hər üç cinayət üzrə faktiki əsası təşkil edir. Həmin məktubun surətini əldə etdiyimə görə onu sübut növü kimi ərizəmə əlavə edirəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsi isə müəyyən edir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Beləliklə, sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəssisəsinə qəbul olunaraq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra və ya qadağan edə bilməz. Belə bir səlahiyyət Direktor Canəli Nəbiyevə də verilməyib. Onun müalicə müəssisəsinə qəbul olunmağımı qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan sağlamlığın qorunması hüququnun pozuntusunu təşkil edir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 3-cü maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsi kimi müəyyən edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir. Qanunun 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.


Direktor tərəfindən yazılmış məktub onun barəsində CM-nin 154.2-ci maddəsi ilə cinayət işinin başlanması və onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

CM-nin 154-cü maddəsinə əsasən:

154.1 İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma -
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilə qədər müddətə islah işləri ilə cəzalandırılır.

154.2 Eyni əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

İki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənim müalicə müəssisəsinə qəbul olunma imkanımdan məhrum edilməm hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Buna görə də, Direktor Canəli Nəbiyev CM-nin 154.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxs, Direktor Canəli Nəbiyevin sağlamlığının və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı müraciət etməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir.

Direktorun həmin əməli həmçinin vəzifə səlahiyyətlərini aşması kimi də dəyərləndirilməlidir. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda bu əməl Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin tərkibini yaradır.

Direktorun həmin məktubu yazması vətəndaşın Konstitusiyada nəzərdə tutulmuş hüququnun həyata keçirilməsinə vəzifə səlahiyyətlərini aşmaqla mane yaradılmasına həm vətəndaşın, həm də dövlətin qanunla qorunan hüquq və mənafelərinə mühüm zərər vurduğuna görə cinayət kimi dəyərləndirilməlidir.
Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, vəzifəli şəxsin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Nəticədə həm insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları, həm də dövlət orqanlarının normal fəaliyyəti pozulur.

Cinayət Prosessual Məcəlləsinə əsasən, CM-nin 154.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin istintaqı rayon prokurorluqlarının səlahiyyətlərinə aiddir.
Qeyd olunanlara əsasən, Canəli Nəbiyev haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunması tələb olunur."

***
Həkim Sadıqova Mətanət bildirib ki, Canəli həkimin 3 ayda kollektivə rəhbərlik etdiyi müddətdə 70 nəfərə yaxın əməkdaşa töhmət verib, bir neçə əməkdaş isə Canəli həkimin əlindən didərgin düşüb:

"Atalarımızın gözəl bir misalı var. Deyirlər ki, xoruz yox idi səhər açılmırdı?.. Bəyəm Canəli həkim yox idi Ağdamda tibbi xidmət yox idi? Əlbəttə var idi. Özü də çox yaxşı var idi.

Ağdamın çətin günlərində biz həkimlər əhalimiz üçün nə lazım idisə onu da etmişik. Və otuz ildə heç on nəfər əməkdaşımız töhmət almayıb. Hörmətli Canəli həkim isə 3 ayda kollektivə rəhbərlik etdiyi müddətdə 70 nəfərə yaxın əməkdaşımıza töhmət verib, bir neçə əməkdaşımız isə Canəli həkimin əlindən didərgin düşüblər.
Qoy Allahımız, Prezidenttimiz və TƏBİB rəhbərliyi bizə yar olsun"

moderator.az

“Almadığım maaşa görə məndən vergi və sığorta haqqı tutulub” – AAAF RƏHBƏRLİYİ VERGİDƏN NECƏ YAYINIB?..
“Almadığım maaşa görə məndən vergi və sığorta haqqı tutulub” – AAAF RƏHBƏRLİYİ VERGİDƏN NECƏ YAYINIB?..
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - FOTOLAR
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - FOTOLAR
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...