kanal1

Naxçıvandakı bölmələrimizə “Həyəcan” siqnalı verildi - VİDEO

Tarix:5-04-2024, 16:37
Baxış Sayı:0

Naxçıvandakı bölmələrimizə “Həyəcan” siqnalı verildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunlın səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın fəaliyyətləri yerinə yetirilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Təlimin yekununda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib