kanal1

Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT

Tarix:5-02-2025, 11:40
Baxış Sayı:1


Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almaqdadır.

Son olaraq rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində bu qanunsuzluğa yol verilib. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdədir. Buna isə yerli icra hakimiyyət orqanı icazə verməsə, qeyri-mümkündür. Ümumiyyətlə, Bakıda daşı daş üstə qoymaq üçün yerli icra orqanlarının “xeyir-duası” olmalıdır. Ona görə də Nərimanov rayonunda icra başçısı Elgün Həbibullayevin razılığı olmasaydı, Y. V. Çəmənzəminli küçəsində fotoda gördüyünüz obyekt tikilə bilməzdi.

Bu da tikinti normalarının və qanunların pozulmasıdır. Eyni zamanda, yada salmaq yerinə düşər ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Göründüyü kimi, Nərimanov İH rəhbəri E.Həbibullayev dövlət başçısının tapşırığını qulaqardı edərək, öz maraqlarını üstün tutub və belə bir özbaşınalığa “yaşıl işıq” yandırıb. Bildirilir ki, bu qanunsuzluğa İH-nin xəbəri olmadan yol verilibsə, o zaman E. Həbibullayevin əmri əsasında əraziyə nümayəndələr göndərilə və araşdırma aparıla bilər.(tribunainfo.az)
Gülşən



Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir