kanal1

İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...

Tarix:5-02-2025, 12:14
Baxış Sayı:1


“Şikayətim Emin bəydəndir. Emin bəy bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox onlarla əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı. Hissə-hissə həmin məbləği onlardan alsam da 2 min manat vəsaitimi ödəmirlər. Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq pul əvəzinə yalan vədlər verirlər”.

Bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib:

“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.

Emin adlı şəxs isə iddialara cavab olaraq məsələnin araşdırılacağını bildirib. Özünü “Dalğa Beach”-in mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Ramal İsayev şikayətçi ilə danışdıqlarını və ödənişi edəcəklərini bildirib.

Yenisabah.az

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir