kanal1

"Başçıya demişik... amma nə olsun..." - GİLEY

Tarix:5-02-2025, 09:52
Baxış Sayı:0


Xaçmaz rayon Əhmədoba kənd sakinləri rayon icra hakimiyyəti başçısının və digər məmurların fəaliyyətsizliyindən, edilən şikayətləri qulaqardına vurmalarından narazılıq edir. "Dia.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşan kənd sakinləri adından edilən müraciətdə deyilir:

"Bələdiyyə seçkiləri keçiriləndə sevindik ki, bəlkə seçki xətrinə yollara nəsə əncam edələr. Amma olmadı. Namizədlər elə arxayın idilər ki, onları camaatın dərdi-səri maraqlandırmadı da... Heç camaat da seçkiyə gedib kiməsə səs vermədi də..

Əvəzində problemlərimiz qaldı.

Əhmədobanın bir nömrəli problemi yoldur. Başçıya demişik... amma nə olsun... Elnur Rzayevin yanındakı məddah ordusu aman vermir... Ya da başçının özü heç iş görmək istəmir...

Yaxşı ki, bu qış o qədər də soyuq olmadı. Düzdür, təsərrüfatımıza ziyandır. Amma qaz olmayan Əhmədoba kəndi üçün soyuq qış da bir ayrıca problemdir. Meşələri qırmaq məcburiyyətindədir bu camaat. Çünki odundan başqa yandırmağa, isinməyə bir şey yoxdur..."

Sakinlər iddia edir ki, dədəflərlə yerli icra qurumlarına müraciət ediblər, lakin onların səsinə kimsə səs verməyib:

"Biz elə başa düşürük ki, Əhmədoba Xaçmazın rəhbərliyinin yadından birdəfəlik çıxıb..."

Dia.az

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
20 gündür axtarılan uşağın meyiti tapıldı
20 gündür axtarılan uşağın meyiti tapıldı