kanal1

Xaçmazda saxta ABADLIQ GÖRÜNTÜSÜ... - Elimizin "ADƏTİ" VAR...

Tarix:8-11-2023, 14:13
Baxış Sayı:39

Xaçmazda saxta ABADLIQ GÖRÜNTÜSÜ... - Elimizin "ADƏTİ" VAR...

Ayrı-ayrı rayon rəhbərlərinin büdcə pullarını sağa-sola səpələmə naminə həyata keçirdikləri ABADLIQ OYUNUNUN mahiyyətindən əksəriyyətimiz xəbərdarıq. Bu kimi hallar adətən il sonu baş verir.

Büdcənin dibində qalan vəsaiti "aformit" etmək üçün hərəkəə keçən məmurlarımız ya haranısa qazırlar, ya da abad olan bir ünvanı xaraba günə qoyub, "İŞ GÖRÜRÜK" görüntüsü yaradırlar.

Eynən Xaçmazda olduğu kimi...
Xaçmazda saxta ABADLIQ GÖRÜNTÜSÜ... - Elimizin "ADƏTİ" VAR...

Yuxarıdakı şəkli paylaşan Xaçmaz sakini Osman İmamov etirazını belə dilə gətirir:

"Gül kimi kafelləri söküb yerinə tamet döşəyənə kimi, olmazdımı asvaltsız kənd və küçələri asvaltlayardız. Axı Xaçmaz təkcə Nəriman Nərimanov küçəsindən ibarət deyil..."

***

Qeyd edək ki, narazı vətəndaşın gileyinə yerli məmurlar da reaksiya verib.

Hətta Xaçmaz rayon İcra Hakimiyyəti də eyni postun altında müünasibət açıqlayıb:

"Xaçmaz şəhərində abadlıq və quruculuq işləri təkcə Nəriman Nərimanov küçəsində deyil, mərhələli şəkildə digər küçələrdə də aparılır. Paralel olaraq daxili yolların təmiri və yeni asfalt örtüyünün salınmasıda tədbirlər planına uyğun olaraq davam etdirilir.
O ki qaldı kəndlərarası yollara həmin yollarda növbəlilik əsasında yenidən qurulur. Nəzərinizə çatdıraq ki, bu il müvafiq sərəncama əsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolu təmir edilib".

***

Amma bu açıqlama belə nə yuxarıda qeyd ediyimiz İLSONU ABADLIQ BƏHANƏSİ təəssüratımızı dəyişən deyil, nə də başqa rəy formalaşdıracaq qədərində deyil. Çünki hər kəs həqiqətin mahiyyətinə tam bələddir.

Yəni olmazdımı ki YARIMABAD ünvanlara yox, xarbalıqlara ilk növbədə əl gəzdirəsiniz? Siz Allah, deməyin ki, Xaçmazda xarabalıq yoxdur, hər yer güllük-Gülüstanlıqdır...

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Dia.az

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM