kanal1

Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR - AXI NİYƏ?

Tarix:7-11-2023, 10:14
Baxış Sayı:9

Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR - AXI NİYƏ?

Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Hərbçi olduğunu bildirən şikayətçi deyir ki, briqada komandiri onu haqsız yerə işdən çıxarıb.

“Mən, Alxanov Mərifət Əyib oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2004-cü ildən hərbçi kimi işləmişəm. 3 hərbi hissədə qusursuz xidmət etmişəm. 44 günlük müharibədə, Talış kənd, Suqovuşan və Laçın, Qaragöl istiqamətində döyüşlərdə iştirak etmişəm.

Lakin briqada komandirimiz Səxavət Baxşalıyev medallarımızın üstünü yazmayıb. Özü polkovnik-leytenantdır. Şəhid olanların və özünün yaxın adamlarının medallarının üstünü yazıb, sağ qalanların medallarını isə yazmayıb.

Mən öz haqqımı tələb edirəm, döyüşmüşəm, zərbə almışam, sağ qolum və sağ ayağımda sinir qolumu yığıb, açılmır. Laçında olanda ailə vəziyyətimlə əlaqəli report verdim, qəbul etmədilər. Dedilər ki, sənə köməklik edəcəyik, amma bizim adımız olmasın. Gələcəyin əsgəri olacaq oğlum möhkəm xəstə idi. İllərdir Tibb Universitetində müalicə götürür. 2 il olar ki, məni işimdən haqsızlıqla uzaqlaşdırdılar, adını da “uyğunsuzluq” qoydular.

Heç bir yerdə iş tapa bilmirəm, aldığım 80 manat heç nəyə bəs etmir. “Məşğulluğ”a yazılmışam, lakin oradan da heç bir xəbər yoxdur. Qaynar xəttə zəng vurmaqdan yorulmuşam, suallarıma cavab verə bilməyib, telefonu üzümə adboy verirlər”. //“Hürriyyət”//
Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR - AXI NİYƏ?

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM