kanal1

Kəlbəcər təhsilinin öz qanunları var...

Tarix:7-11-2023, 09:52
Baxış Sayı:10

Son zamanlar sosial şəbəkələrdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçilyində olan Kəlbəcər təhsil sektorunun rəhbəri Namiq Rəcəbov haqqında bəzi məktəb direktorlarının narazılığını əks etdirən qeydləri yayılır.
Qeyd edək ki, sonuncu belə bir qeydi Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim səsləndirib. O, özünün sosial şəbəkə hesabında yazır: “Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kərgüzarlıq növünə dərkənar qoymaq sindiromu…
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri…”
“Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır” deyə Elşən Əzim fikirlərini tamamlayıb.
Bu narazılığı ilə bağlı Gununsesi.info-nun əməkdaşı adıçəkilən direktorla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Elşən Əzim bunları deyib:

“Məktəb direktorlarının səlahiyyətinə müdaxilə olunur. Məktəb direktoru dərs bölgüsünə ilin istənilən vaxtı dəyişiklik etmək səlahiyyətindədir. Bunu qanun çərçivəsində edirsə, heç kimin etiraz etmək, icazə verməmək hüququ yoxdur. Əmrlərin yazılışında əmrin məzmunundan asılı olaraq mühasiblə, hüquqşünasla, məşğulluq mərkəzi ilə, məsləhətçilərlə müzakirə oluna bilər. Bu da əmr yazılmamışdan əvvəl onun layihəsinin müzakirəsi müstəvisində ola bilər, ancaq yazılmış əmrə bir başqasının dərkənar qoyması və o əmrin icrasının həmin dərkənardan sonra həyata keçirilməsi heç kərgüzarlıq qaydalarında nəzərdə tutulmayıb. Ümumiyyətlə özünün əmr vermək səlahiyyəti, möhürü olmayan şəxs əmr vermək səlahiyyəti olan şəxsin əmrinə necə icazə verə bilər? Ya o sektor müdirlərinin səlahiyyəti artırılsın, ya da direktorların səlahiyyəti rəsmi olaraq məhdudlaşdırılsın, birdəfəlik işimizi bilək”. //Gununsesi.info//
QEYD: Kəlbəcəri azad etdik, yəni təhsilimizi azad edə bilməyəcəyik?

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM