kanal1

"Müdir müavini Nahid Məmmədov və Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alır..." - İTTİHAM VAR...

Tarix:4-11-2023, 10:52
Baxış Sayı:18

"Müdir müavini Nahid Məmmədov və Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alır..." - İTTİHAM VAR...

İmişli rayon sakini Quliyev Fuad Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiaysına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə "DOST" Mərkəzindən işdən çıxarıblar:

"Mən, Quliyev Fuad Fazil oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırasınız.

İmişli rayonunda doğulmuşam. 3 övladım var. Böyük oğlum Naxçıvan şəhərində hərbi xidmətdədir. Digər övladlarım isə məktəblidirlər.

Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılmış “DOST” Xidmətinin İmişli rayon MKTİB-də 2017-ci ildən 2023-cü ilə qədər sosial işçi kimi çalışmışam. Aprel ayının 12-dən köməkçi vəzifəsində işləmişəm. Məsuliyyətlə hər gün vaxtında iş başında olmuşam.

Müdir müavini Nahid Məmmədov və sosial işçi kimi tanınan Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alırdı. Nurəddin Məmmədov məndən də bir dəfə 50 manat almışdır.

Mən və 4 nəfər iş yoldaşım bu barədə Nazirlər Kabinetinə, DTX rəisinə və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişik.

Bu il fevral ayının 16-da Baş Prokurorluğun əməkdaşları İmişli rayon Prokurorluğunda işçiləri dindirib və izahatlar almışlar. 3 günlük araşdırmalarda 60-dan çox işçinin işə çıxmadan əmək haqqı aldığını müəyyən etmişlər. İdarədə yanacağın artıq yazılması və saxta tələbnamələrlə kağız üzərində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi aşkara çıxarılmışdı.

Şirkət adı ilə tender açılaraq, başqa rayon vətəndaşının bu idarədən aylıq maaş alması aşkarlanmışdır. Korrupsiya İdarəsinin istintaq şöbəsində müstəntiq Orxan Məmmədov tərəfindən müdir Ceyhun Süleymanovla birlikdə 11 nəfərə cinayət işi açılmışdır. Dediklərimin hər birinin sübutu var.

Mənim xahişim ailə vəziyyətimi nəzərə alaraq, məni öz işimə bərpa etmələridir. Mən haqsızlıqla işdən çıxarılmışam. Çünki şikayət etməyim rəhbərliyin xoşuna gəlməmişdir. Bu qədər haqsızlıq olar?

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb