kanal1

Aşıq Ələsgərin nəticəsindən Hissin mahnısını imtahana salan müəllifə: “Kiminsə ana-bacısına əyri baxmayıb”

Tarix:3-11-2023, 14:34
Baxış Sayı:8

Aşıq Ələsgərin nəticəsindən Hissin mahnısını imtahana salan müəllifə: “Kiminsə ana-bacısına əyri baxmayıb”

Abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alması ilə bağlı müzakirələr səngimək bilmir.

Tədris mərkəzinin 9-cu siniflər üçün təşkil olunmuş sınaq imtahanında Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri sual kimi salınıb. Sualın müəllifi isə hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbovdur.

Kamil Talıbov sözügedən məsələyə münasibət bildirərkən milli aşıq poeziyası tarixində şərəfli yer tutan, el ozanı Aşıq Ələsgəri tənqid edib: “Artıq dövr dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir”.

Müəllifin bu fikirləri isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Həmçinin, folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımızın şəxsiyyətinin, eləcə də yaradıcılığının aşağılanması kimi dəyərləndirilib.

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bizim.Media-ya açıqlamasında müəllifin belə bir fikir səsləndirməsindən təəssüf hissi keçirdiyini bildirib:

“Sözün açığı bu fikirlər məni məyus etdi. Çox təəssüflər olsun ki, Kamil Talıbov Aşıq Ələsgərin gözəllərə dediyi şerləri məşuqə kimi adlandırıb. Ümumiyyətlə o, tarixçəni bilsə, dilinə heç vaxt elə söz gətirməz. Həmin gözəllərin hər biri bəy və xan qızı olub. Valideynləri Aşıq Ələsgərə deyib ki, qızıma bir tərif de. Yəni belə olub.
Aşıq Ələsgər hər küçədən keçənə söz deməyib axı...

Təəssüf edirəm ki, o müəllif Aşıq Ələsgəri tanımır. Gənclərimiz ona görə bərbad vəziyyətdədir. Aşıq Ələsgər ozan, dədə, ilham və haqq aşığı olub. O, heç vaxt kiminsə anasına, bacısına pis gözlə baxmayıb. Şeirlərindəki bütün misraları ibrətamiz sözlərdən ibarətdir. Gözəllərə dediyi sözlərin içərisində isə böyük bir ilham var”.

Xətai Ələsgərli uşaqların Aşıq Ələsgərin şeirlərindən bezməsi və onlara maraqsız gəlməsi fikri ilə də razılaşmayıb. O, deyib ki, test sualı hazırlayan məsul bir şəxsin belə fikirdə olması sadəcə təəssüf doğurur:

“O, kimdisə bir növ təxribat xarakterli fikir söyləyib. İstənilən insan özünü dərk edəndə bilir ki, şeir, şeiriyyət və poeziya nədir. O müəllifin abituriyent hazırlıq mərkəzinin məsul şəxsi olması da təəssüf doğurur”.

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb
Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb