kanal1

Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Tarix:3-11-2023, 14:08
Baxış Sayı:15

Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 138 a ünvanında ağacların soyqırımına hazırlıq gedir. Çoxillik yaşıllıq ərazi məhv edilmək üzrədir.

ictimailider.az Tribunainfo.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi uzun müdətdir hasarlanıb. Ərazidə yaşayanlar narazılıq etməsin deyə gecə ilə bəzi ağaclar gizli şəkildə məhv edilərək aparılır. Ərazidə tikinti işlərinə hazırlıq gedir. Şikayətçilər bildirir ki, yaşıllıq ərazinin məhv edilməsi ilə orada yeni uşaq bağçası üçün iki mərtəbəli bina inşa ediləcək. Sakinlərə bu barədə ərazidə iş aparanlar məlumat verib. Artıq uşaq bağçasının layihəsi hazırdır və yaşıllıqlar məhv edildikdən sonra tikinti işləri daha da sürətlənəcək.

Sakinlər çoxillik ağacların məhv edilməsinin əleyhinədir. Onlar bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq, heç bir tədbir görülmür, hasarlanmış ərazidə işlər davam etdirilir. Sakinlər bildirir ki, işlər dayandırılmasa ərazidə böyük ehtimalla Nərimanov rayon icra başçısı Elgün Həbibullayevin daha bir özəl bağçası ucaldılacaq.

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sevimli kadrlarından olan, vaxtilə BŞİH-də aparat rəhbəri olmuş, Nərimanov RİH başçısı Elgün Həbibullayev özəl bağçaları ilə məşhurdur. O, Nərimanov rayonunda saysız hesabsız özəl bağçaya sahibdir. Görünür, bağça biznesi ilə məşhur olan E.Həbibullayev biznesini genişləndirmək qərarına gəlib.
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..

İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman

DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA

“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video

“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı

Elmira Yaqubova Zakir Fərəcovun gücündən necə istifadə edir?! -Təhlükəli tendensiya

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb