kanal1

MÜƏLLİMLİK MÜQƏDDƏSDİR, PEŞƏLƏRİN ALİSİDİR

Tarix:5-10-2023, 14:00
Baxış Sayı:36

MÜƏLLİMLİK MÜQƏDDƏSDİR, PEŞƏLƏRİN ALİSİDİR

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər.

Müqəddəs  “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub - durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun”.

Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

“Qürur hissi ilə demək lazımdır ki, bu gün də məktəblərimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərinin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən, bacarıqlı, səriştəli müəllimlər az deyildir, onlar indi də fədakarlıqla çalışırlar. Təhsilin keyfiyyəti, aparılan islahatların uğuru da məhz belə müəllimlərlə bağlıdır. Doğrudan da uzun müddət ərzində müəllim ideallaşdırılmış, həm şagirdlərdə, həm valideynlərdə, həm də ümumilikdə cəmiyyətdə müəllimə böyük hörmət olmuşdur. Müəllim sözü, onun söylədiyi fikirlər, verdiyi məsləhətlər birmənalı şəkildə qəbul edilmişdir. Cəmiyyətdə, ailə və məişətdə bir çox çətin məsələlərin, konfliktlərin həll edilməsi məqsədilə müəllimə müraciət edilmiş, onun sözü həlledici olmuşdur. Təsadüfi deyildir ki, hətta küçədə müəllimlə rastlaşanda şagirdlər hörmət əlaməti olaraq onun qarşısında təzim etmişlər. Müəllim şəxsiyyətinə o qədər hörmət olub ki, onun adi insanlardan fərqi olduğu barədə rəylər də yaranmışdır. Əlbəttə, müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan müəllimlər özləri olmuşdur. Bir faktı da hörmətli oxucuların diqqətinə çatdırım ki, cəmi bir əsr əvvəl Azərbaycanda ana dilində yazılmış bir məktubu oxumaq üçün bütöv bir kənddə savadlı insan tapılmırdı, indi ölkəmizdə yazıb oxumağı bacarmayan yoxdur. Hamı bilməlidir ki, xalqımızı bu səviyyəyə çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman fədakar əməklərinə görə onlara borcluyuq. Bu gün dünyanın aparıcı universitetlərində təhsil alan 10 mindən çox azərbaycanlı tələbə, dünyanın aparıcı şirkətlərində yüksək peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər də Azərbaycan müəlliminin yetirmələridir. Bəli, müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır.
Elə yazımın əsas qəhrəmanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa xanım Tağıyeva da  müəllim adının müqəddəsliyini şərəflə, ləyaqətlə qoruyan təhsil işçilərindəndir.

Tərixə nəzər yetirsək qadınlarımızın qəhrəmanlıq salnamələrinin şahidi olarıq. Azərbaycan xalqının  milli-mənəvi dəyərlərinin formalaşmasında, dövlətçiliyimizin inkişaf etdirilməsində, qorunması və  qüdrətlənməsində qadınların müstəsna rolu olmuşdur. Böyük iradə sahibi olan qadınlarımız   unikal  zəkası, təkrarolunmaz qabiliyyəti və qətiyyəti ilə xalqımızın   taleyüklü  problemlərinin həllində xidmətlər göstərmişlər.Bir sözlə Azərbaycan qadını tarixin bütün dönəmlərində ona bəslənilən etimadı layiqincə   doğrultmuşdur.
    
Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadınının cəmiyyətdə rolunun   artırılmasına ilk dəyərli töhfə Ümummilli  liderimiz   Heydər Əliyev cənabları tərəfindən verilmişdir.  Məhz onun böyük diqqət və qayğısı sayəsində qadınlarımız layiq olduqları qiyməti almışlar. Dahi Heydər  Əliyev qadınların cəmiyyətdə rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi:
   Qadın bəşərə yaraşıq,zinət,insanlığa  şərəf, şan-şöhrətdir. Qadın ucalıq,bakirəlik mənbəyidir, ismət,  qeyrət, “qüdrət  rəmzidir”.
 Bu gün Azərbaycan qadınlarının önündə onları hər zaman yeni nailiyyətlərə, parlaq qələbəyə ruhlandıran, öz gərgin fəaliyyəti və fədakar həyatı ilə hər birimizə örnək olan lider vardır. Və bu lider YUNESKO-nun xoşməramlı səfiri, “Heydər Əliyev Fondu” nun Prezidenti Mehriban xanım Əliyevadır.
 Çoxşaxəli və məhsuldar fəaliyyəti nəticəsində Mehriban xanım Əliyeva Azərbaycan qadınını dünya ictimaiyyətinə tamamilə yeni və son dərəcə uğurlu bir simada tanıtmış,Azərbaycan xanımının beynəlxalq aləmdə müasir işgüzar imicini yarada bilmişdir.
Yer üzünün əşrəfi sayılan insan dünyaya gələn gündən ömür payına düşən acılı-şirinli anlar yaşayır. Bu yaşam qadınlarımızın qəlbinin hərarəti ilə sanki daha da gözəlləşir.

  Bu gözəllik içində ömür sürənlərdən biridir Vəfa xanım Tağıyeva.

Ömrünü övladlarımızın savadlı, xoşbəxt yaşaması üçün həsr edən, onlara elm, bilik öyrədən, hər bir şagirdini öz doğma övladı kimi sevən, qayğısına qalan  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa xanım Tağıyeva öz işi və xeyirxah əməlləri ilə sayılıb-seçilən yüksək mənəvi keyfiyyətlər sahibidir. Vəfa xanım öz fikrini aydın deməyi, pedoqoji kollektivini, şagirdlərini səbrlə,təmkinlə dinləməyi bacaran ziyalıdır. Onun  fikrincə şagirdlərini dinləmək və fikrini bilmək özü böyük bir səadətdir.

İşgüzarlığı, səmimiliyi və tələbkarlığı ilə bir çoxlarına örnək olan Vəfa  xanım öz xeyirxah işi ilə bir çox xeyriyyə tədbirlərinin iştirakçısı olub.  
Azərbaycan vətəndaşı olduğuna görə böyük qürur duyan Vəfa xanım Tağıyeva olduqca qayğıkeş və humanistdir. Sadəliyi və üzügülərliyi, ünsiyyətdə nəzakətliliyi, təvazökarlığı ilə bütün kollektivin sevimlisinə çevrilən, bu gün varlığı, işi və xeyirxah əməlləri ilə qürur duyduğumuz Vəfa xanım Tağıyeva başda olmaqla bütün pedoqoji kollektivi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində səbir diləyir, gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq.
İnanırıq  ki, həm kollektivi, həm də şagirdlərlə nümunəvi davranışı, yüksək  əxlaqi və insani keyfiyyətləri ilə daim sevilən və seçilən Vəfa xanımı qarşıda daha böyük uğurlar, nailiyyətlər gözləyir.

 Sizə şərəfli və gərəkli ömür yolunuzda daha da möhkəm dəyanət və əzmkarlıq arzulayır, bir daha peşə bayramınız mübarək olsun, deyirəm. 

Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...