kanal1

Nikaha daxil olmaq toy etməkdən də çətin oldu

Tarix:10-09-2020, 11:51
Baxış Sayı:21

Nikaha daxil olmaq toy etməkdən də çətin oldu
Bakıda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi üçün reaktiv tapılmır.

Bu barədə “Sputnik Azərbaycan”a vətəndaşlar şikayət ediblər.

Vətəndaş Əfruzə Ağayeva bildirib ki, nikaha daxil olmaq üçün Nəsimi rayonu üzrə 20 saylı poliklinikaya müraciət edib.

Poliklinikadan ona bildiriblər ki, qeydiyyatda olduğu Əlibəy Hüseynzadə 100 ünvanı poliklinikanın ərazisinə düşmür. Ona rayon 3 saylı poliklinikasına müraciət etmək tövsiyə olunub.

3 saylı poliklinikadan isə Nəsimi rayonu üzrə nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsinin yalnız 20 saylı poliklinikaya həvalə olunduğunu bildiriblər.

20 saylı poliklinikadan bildirilib ki, nikaha görə tibbi müayinə üçün analiz reaktiv olmadığı üçün aparılmır:

“Bizdə reaktiv yoxdur, bunu nazirlik səviyyəsində də bilirlər. Ona görə də ərazidə yaşayan vətəndaşlardan qan analizi götürə bilmirik.

Vətəndaş “ASAN xidmət” mərkəzinə müraciət etsin”.

Qeyd edək ki, poliklinikalarda qan analizinin nəticəsi daha tez verildiyi üçün nikaha təcili daxil olmaq istəyən şəxslər əsasən qeydiyyatda olduqları ünvan üzrə poliklinikalara üz tuturlar.

Poliklinikalar isə reaktiv olmadığı üçün analiz götürməkdən imtina edirlər. “ASAN xidmət” mərkəzlərində isə bu müayinənin cavabı iki həftədən tez verilmir.

ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO