"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" Namiq Məmmədovu Ağsu RQİİ-ə yeni rəis əvəzi ezam göndərib. Bu, həmin N. Məmmədovdur ki, haqqında mediada külli miqdarda yeyinti halları aşkarlanmışdı. Haqqında rüşvət almaq, büdcəni talamaq və s kimi silsilə yazılar dərc edildikdən sonra N. Məmmədovu işdən azad etmək əvəzinə daha böyük vəzifə ilə təltif edilib.
Namiq Məmmədov haqqında bir neçə yazı dərc etsək də yazılarların etdiklərinin tamamı olmadığını qeyd etmişdik. Redaksiyamıza gələn daha bir şikayəti dərc etmək qərarına gəldik.
Belə ki, Namiq Məmmədov 2020-ci ilin yayında etdiyi çoxsaylı qanun pozuntularına görə Ağsu RQİİ-dən Salyan RQİİ-nə rəis göndərilmişdi. Bu işdə ona ağsaqqallıq edən Cahid Hüseynov və Ruslan Əliyevin olduğu deyilir. Sonuncuların Salyan rayonu ərazisində olan istixanalara rəhbərlik etmək, qış aylarında həmin istixanalara sayğacsız verilən təbii qazı ört basdır etmək üçün təyinat aldığı bildirilən məlumatlar arasındadır.
Salyan RQİİ-də işləyərkən Namiq Məmmədov etdiyi çoxsaylı qanun pozuntularına görə Salyan RQİİ-dən uzaqlaşdırılaraq Lənkəran RQİİ-nə rəis göndərilib. Bu yəqin ki, ona "Azəriqaz"-ın o vaxtkı rəhbərliyinin mükafatı olub.
2017-cı ildən 2020-ci ilədək Ağsu RQİİ ərazisində yeni çəkilən qaz xəttlərinin icraçısı olan podratçı təşkilatların nümayəndələri ilə Namiq Məmmədov gizli əlaqə quraraq çoxsaylı tikinti norma və qaydalarının pozulmasına şərait yaratmış, əvəzində külli miqdarda pul almışdır. Onun nəticəsidir ki,bu gün yaranmış itkilərin səbəblərini araşdırmaq çətinləşib, 10 ildən az vaxt ərzində təbii qazdan istifadə edən yaşayış məntəqələrinin qaz xəttləri bərbad vəziyyətə düşmüşdür.
N. Məmmədovun büdcə yeyintiləri sonrakı illərdə də öz axarı ilə davam edib. Belə ki, " Azəriqaz"-da SOCAR auditi tərəfindən 2022-ci ilin yekunlarının yoxlanılması keçirilmiş, Lənkəran RQİİ-də milyonlarla dəyəri olan çatışmamazlıqlar aşkar edilmişdi. Bu barədə sosial şəbəkələrdə yazılar olsa da Namiq Məmmədov bu işdən hansısa yollarla və ya kimlərinsə "barmağı ilə" təmiz çıxmışdır.
Namiq Məmmədovdan bu qədər şikayətlər olduğu halda "Azəriqaz" rəhbərliyi N Məmmədovu Ağsuya rəis əvəzi transfer etməsi qəribə olduğu qədər işçilərin narazılığına səbəb olub. Deyilənə görə həm də ezam kimi maaşı olduğu kimi qalmaqla əlavə ezamiyyət maaşı da alacaqmış.
Keçən yazılarımızın birində qeyd etmişdik ki, Namiq Məmmədov Göyçayda bir xanımla yol gedərkən avtoqəza törətmiş, qarşı tərəfə külli miqdarda pul ödəməklə onu susmağa məcbur etmişdir. Aldığımız məlumata görə N. Məmmədov yazı mediada dərc edildikdən sonra bu hadisəni təkzib etmiş, yalan məlumat olduğunu bildirmişdir. Məlumat üçün qeyd etmək istərdik ki, N. Məmmədov hadisəni təkzib etməzdən öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasında zərərçəkənin qeydləri ilə tanış ola bilər. Tarixi və faktları heç bir şəkildə silmək mümkün deyildir.(Xebernur.com)
Ardı var...