kanal1

İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO

Tarix:Bu gün, 08:55
Baxış Sayı:0



Xətai rayonunun bir qrup sakini tərəfindən Hurriyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Birinci Qarabağ Müharibəsi şəhidlərinə qarşı hörmətsizlik edir:

"Biz, sakinlər İcra Hakimiyyətinin bu hərəkətindən utanırıq. Rafiq Quliyev Birinci Qarabağ Müharibəsinin şəhidlərinə qarşı hörmətsizlik edir.

Xətai rayonu ərazisində yerləşən 9 şəhidin şəkli olan abidə uçub-dağılıb. Bununla bağlı dəfələrlə R.Quliyevə müraciət etsək də, şikayətimizə baxılmır.

Birinci Qarabağ Müharibəsi iştirakçllarının, şəhidlərinin, veteranlarının bu dövlət və millət üçün azmı əziyyəti olub? Onlardan qan yerinə su axıb? Ayıb deyil, bu qədər ayrı-seçkilik etmək olmaz axı!

Rafiq Quliyev 9 May Qələbə Günü həmin ərazidən keçib. Heydər Əliyev parkında olan konsertdə iştirak edib. Guya, o böyüklükdə şəhid abidəsinin dağılmağını görməyib. Lövhənin vieo-görüntülərini də sizlərlə paylaşacam.

Tutaq ki, Rafiq Quliyev görməyib. Bəs, digər qurumlar? Sadəcə, sərf etmir deyə "görməyiblər". Şəhidlərə qarşı bu cür ikili münasibəti niyə yaradırlar? Niyə xalqı narazı salırlar?

Birinci Qarabağ Müharibəsinin iştirakçıları döyüşlərdə əliyalın vuruşublar. Onlar düşmənin üzərinə silahsız çıxmışdılar. 5 nəfərə 1 avtomat verilmişdi. Torpaqların 80 faizini canlarını qoyaraq almışdılar.

Şəhidlərimizin hamısına Allah rəhmət etsin. Hər biri Azərbaycan oğullarıdır. Onlara "təzə", "köhnə" adı vermək olmaz, ayıbdır.

Birinci Qarabağ Müharibəsinin iştirakçıları Elçibəyin əsgərləri, indiki oğlanlarımız isə İlham Əliyevin əsgərləridir? Belə ayırırlar? Elçibəyin, İlham Əliyevin əsgəri yox, hamısı Azərbaycan əsgərləridir. Biz oğullarımızı Azərbaycan torpaqlarına qurban vermişik.

Hörmətli icra başçısı, xahiş edirik, bu kimi halların təkrar olunmasına imkan verməyin, Azərbaycanı hissələrə bölməyin".(Hurriyet.az)

Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...