Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Tarix:Dünən, 16:58
Baxış Sayı:1
Paytaxtda daha bir yaşıl terror həyata keçirilib. Hadisə Nizami rayon Babək küçəsində "Maşın Bazarı" nın qarşısında, qanunsuz tikli aparan "Borani" restoranlar şəbəkəsinin rəhbəri tərəfindən hayata keçirilib.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Nizami rayon Babək küçəsi. "Maşın Bazarı" nın qarşısında qanunsuz tikli aparan "Borani" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib, köhnə tiklinin otaqlarında gizlədir. Və, gecələr tullantı kimi daşıtdırır. Bnunla yanaşı kəsiminə hazırlıq görülən digər çox sayda yaş ağaclar var.
Bəs görəsən, "atmosfer havasının, torpaqların, yeraltı və yerüstü suların, eləcə də bioloji müxtəlifliyin qorunması istiqamətində mühüm addımlar atmasın" saytda qürurla dərc etdirən 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi rəisinin kəsilən bu yaş ağaclardan nədən xəbəri yoxdu!?Əgər xəbəri varsa niyə tədbir görmür, yoxsa idarənin inispektorları rəhbərlərinə düzgün məlumat vermək istəmirlər?
Onuda bildirək ki, ekoloji problemlərlə bağlı yazdığımız tənqidlər 11 saylın RETSİ-nin rəbərliyi tərəfindən xoş qarşılanmır. Bir daha xatırladırıq ki, bizim kimsə ilə qərəzimiz yoxdu, sosial media olaraq işimiz paytaxtda və bölgəlrimizdə ekoloji problemlərdən irəli gələn eybəcərlikləri yazmaq, çəkib təqdim etməkdir. Tədbir görülməsi isə cavabdeh vəzifə sahiblərinin insafına qalır...!(Yenixeber.org)
Redaksiyamıza göndərilən video-nu olduğu kimi tədim edirik: