Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət hiddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə anews.az-a Bakı Nəqliyyat Agentliyindən deyilib.
Qurum bildirir ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.
Həmçinin bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edilib.