kanal1

Azərbaycanda yerli pambıq sortu yetişdirilir - VİDEO

Tarix:27-07-2020, 12:54
Baxış Sayı:27

Azərbaycanda yerli pambıq sortu yetişdirilir - VİDEO
Elmi-Tədqiqat və Bitki Mühafizəsi İnstutunun əməkdaşlarının araşdırmaları ilə əldə olunan yerli sort pambıq toxumları özünü doğruldub.

Baku TV xəbər verir ki, fermerlər ötən illərdə təcrübə əkin sahələrində sınaqdan çıxan “Gəncə 110” sortuna artıq müraciətləri artırıb.

Bu növ pambığın əkini Saatlı rayonunda aprel ayından başlayıb. Belə fermerlərdən biri də Əliabbas Şəmmədovdur. 20 hektar sahədə məhsul əkən fermer “Gəncə 110” sortunun xarici sortlardan bir sıra üstün cəhətlərinin olduğunu bildirib.

Aran bölgəsinin torpaqlarının, əsasən, quraqlıq olduğunu nəzərə alsaq, deyə bilərik ki, sınaqdan uğurla çıxan “Gəncə 110” sortu bu torpaqlarda effektiv olacaq. Çünki həmin növün əsas üstünlüklərindən biri quraqlığadavamlı olmasıdır.

Yeni pambıq növü zərərvericilərə qarşı dözümlüdür və qısa zaman ərzində yüksək məhsuldarlığı ilə seçilir. Fermerlər avqustun ortalarından etibarən hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər. Bu da yerli sortun xarici sortlarla müqayisədə qiyməti, keyfiyyəti, həm də məhsuldarlığı baxımından yüksək qiymətləndirilir.

Qeyd edək ki, yeni növün əkini müxtəlif rayonlarda həyata keçirilib. Fermerlər yerli sorta maraqlı olduğundan, bundan sonrakı dövrlərdə bir sıra rayonlarda bu sort pambığın əkini planlaşdırılıb.

İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?