kanal1

Anar Kərimovun ardınca İnam Kərimov... - Eyni gündə eyni səhv

Tarix:23-12-2022, 14:44
Baxış Sayı:23

Anar Kərimovun ardınca İnam Kərimov... - Eyni gündə eyni səhv

Mədəniyyət naziri Anar Kərimovun vəzifədən azad edilməsi səs-küysüz ötüşmədi. Belə ki, Anar Kərimovun nazir kürsüsündə 2 il belə otura bilməməsi müzakirələr yol açdı. Yenisabah.az bildirir ki, keçmiş nazirin fəaliyyəti ilə bağlı narazılıq son vaxtlar daha da güclənmişdi. Mədəniyyət nazirinin ölkənin tanınmış mədəniyyət adamlarını tanımaması, korifey sənətkarlardan danışarkən ciddi səhvlərə yol verməsi, tabeliyində olan şəxslərin, hətta müavininin korrupsiyaya bulaşmasına göz yumması onun karyerasının uzun olmayacağını düşünməyə əsas verirdi. Amma Kərimovun vəzifədən bu qədər tez getməsi isə gözlənilməz oldu.

Qeyd edək ki, Anar Kərimovun işdən çıxarılması ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Ötən gün “Qafqazinfo” maraqlı iddia ilə çıxış edib. Saytın yazdığına görə, nazir həddini aşdığı üçün istefaya göndərilib. Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərin birinə qatılan Anar Kərimovun xanımı ilə sarayda, adətən, dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sırada əyləşdiyi bildirilir. Deyilənə görə, həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq, kreslonun üstündəki örtüyü açdırıb və israrla orada oturub.

“Yeni Sabah” xatırladır ki, həmin tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. O da nazir həmkarı kimi, xanımı ilə birlikdə Prezident sırası olduğu deyilən yerdə əyləşib. Yəni Anar Kərimovun etdiyi səhvi İnam Kərimov da təkrarlayıb.

Anar Kərimov səhvinin bədəlini nazir kreslosu ilə vidalaşmaqla ödədi. Bəs İnam Kərimovzun cəzası nə olacaq?

Yəqin ki, bunu da yaxın günlərdə biləcəyik...

“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
Nazirlik Naxçıvanda layihə həyata keçirəcək
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO