kanal1

Orfoqrafiya lüğətinin başına açılan "OYUN": "İki sözü birləşdirib yeni söz yaradırmış kimi təqdim etmək..." - TƏNQİD

Tarix:4-03-2022, 09:57
Baxış Sayı:38

Orfoqrafiya lüğətinin başına açılan "OYUN": "İki sözü birləşdirib yeni söz yaradırmış kimi təqdim etmək..." - TƏNQİD

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin orfoqrafiya lüğətinə “birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu” sözlərinin salınmasını və “soyqırımı” sözünün “soyqırım” kimi yazılmasını təklif edib. Bu təklif isə birmənalı qarşılanmayıb və əksər vətəndaşlar tərəfindən məntiqsizlik kimi qəbul edilib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında qeyd edib ki, qeyd edilən təklif , “Biz ciddi işlərlə məşğuluq”, – demək deyil:

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanına əsasən, yaradılmış Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işi orfoqrafiya lüğətinə yeni sözlər gətirmək deyil. Mərkəzin fəaliyyətinə dilin qorunması, saxlanılması və inkişafına nəzarət etmək, daimi yoxlama aparmaq və sairə amillər daxildir. Təklif kimi müəyyən fikirləri bildirmək olar, amma bu fikirlər mütləq qəbul edilməlidir deyə bir anlayış yoxdur. Hazırda təklif olunan sözlər isə, əlbəttə, birmənalı qarşılanmamalıdır. İki sözü birləşdirib yeni söz yaradırmış kimi təqdim etmək və buna müvafiq olaraq da “biz iş görürük” mənzərəsi yaratmaq lazım deyil. İngilis, rus sözlərini dilimizə gətirib daxil etməkdənsə, ümumişləkdən çıxmaq üzrə olan sözlərin ölümünün qarşısının alınması və o sözlərə yeni nəfəs verilməsi daha yaxşı olar. Unudulan milli sözlərin bərpası üzərində işlənilməlidir”.

Ekspert hesab edir ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hər gün dil qaydalarını kobud şəkildə pozan şəxslərlə, təşkilatlarla mübarizə aparması daha məqsədəuyğun olardı:

“Bu gün bəzi rəsmi şəxslər var ki, məcburən, zorla Azərbaycan dilində danışarkən cümləsinə mütləq hansısa ingilis, rus sözü daxil etmək üçün canfəşanlıq edir. Monitorinq Mərkəzi bu şəxsləri niyə görmür? Niyə bu şəxslərlə bağlı fikirlər səsləndirmir? Efirlərdən hər gün bəzi aparıcılar və digər şəxslər tərəfindən dilimizə qarşı biganə münasibəti görürük. Bu istiqamətdə işlər görülsə, yaxşı olar. Əks halda, 17 ştatlı, təxminən aylıq dövlət büdcəsindən 11 min manat əməkhaqqı alan qurumun fəaliyyəti xoş deyil”.


Yenicag.az

“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu–FOTOLAR
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
İNSANLARA GÜLÜŞ BƏXŞ EDƏN HƏKİM
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
Naxçıvanda sahibkarlara yeni xidmət növü - “oğurluğun qarşısını almaq” üçün 200 manat verməlisən yoxsa...
Naxçıvanda sahibkarlara yeni xidmət növü - “oğurluğun qarşısını almaq” üçün 200 manat verməlisən yoxsa...
“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?
“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?