kanal1

İsmayıllıda bu idarədə rəsmən özbaşınalıqdır... - İDDİA

Tarix:11-10-2021, 11:29
Baxış Sayı:72

İsmayıllıda bu idarədə rəsmən özbaşınalıqdır... - İDDİA

İsmayıllı rayonu Aşağıbaş kənd sakini Orxan Qadil oğlu Cənnətəliyev medyaya video-müraciət edərək rayon enerji təchizatı və satış idarəsindən şikayətçi olduğunu bildirir.
Biz şikayətçinin yaşadığı ünvanda olub video görüntülər hazırladıq.
Vətəndaşın həyətindən meyvə ağaclarının arasından keçən yüksək gərginlikli elektrik xətlərinin yerdən hündürlük məsafəsi heç 2 metr deyil.Bu da onu deməyə əsas verir ki,hər an ölüm hadisəsi baş verə bilər.
Şikayətçi dəfələrlə rayon icra hakimiyyətinə, şəhər bələdiyyəsinə müraciət edərək kömək istəyib.Təbii ki,bu məsələ qeyd olunan dövlət qurumlarının işi deyil.Həm rayon icra hakimiyyəti,həm şəhər bələdiyyəsi,həm də şəhər icra nümayəndəliyi düzgün şəkildə vətəndaşı əsas tədbir görməli olan rayon enerji təchizatı və satışı idarəsinə yönəldərək, qeyd olunan təşkilata müraciət etməli olduğunu şifahi və yazılı olaraq izah ediblər.
Vətəndaşın dəfələrlə rayon enerji təchizatı və satışı idarəsinə müraciət etməsinə baxmayaraq adıçəkilən qurum heç bir tədbir görməyib.
Bu onu deməyə əsas verir ki, rayon enerji təchizatı və satış idarəsində özbaşınalıq hökm sürür.Bu idarədə yalnız rüşvət təklif edən şəxslər üçün iş görülür.Bu idarədə insan taleyini düşünən kəs yoxdur.Çünki pul gözlərini tutub və rəhbərlik yerində olmayan kadrdır.
İsmayıllıda, ümumiyyətlə, elektrik xətlərinin real vəziyyəti olduqca acınacaqlı durumdadır.Kənd və qəsəbələrdə vəziyyət olduqca bərbaddır.Rayon mərkəzindən başqa digər ərazilərdə elektrik xətlərinin vəziyyəti olduqca bərbaddır, rayon ərazisində elektrik enerjisinin verilməsində ciddi problemlər mövcuddur.Kəndlərdə azacıq meh enerji təchizatında fasilələrə səbəb olur.
Ümumiyyətlə, rayon enerji təchizatı və satışı idarəsinin fəaliyyəti sıfıra bərabərdir.Əvvəlki illərdə rayonda enerji təchizatında yenidənqurma işləri üçün dövlət büdcəsindən ayrılan milyonlar mənimsənilib.Hələ də köhnə Sovet dövründən qalma avadanlıqlar,xətlər,şalbanlar, transformator və sair şeylərdən istifadə olunur.
Sabiq rəislər Əliağa Bədəlov,Şahin Muradov və hazırda da yenisi Ruhin Məmmədov bu idarəni məhv ediblər.İdarə rəisi Ruhin Məmmədov heç bir iclasa belə qatılmır.İdarədə özbaşınalıq hökm sürür.Rüşvət dövlət büdcəsindən yayındırılan maliyyə vəsaitləri və vətəndaşların dövlət və dövlətçilikdən narazı salınması adi hala çevrilib.Rəis Ruhin Məmmədov İsmayıllı sakinlərini dövlət başçısından, dövlət qurumlarından narazı salır.Bəli,bu adam yerində olmayan kadrdır və işi ilə deyil, qaranlıq işlərlə məşğul olur.Hesab edirik ki, vətəndaş Orxan Cənnətəliyev bu şikayətində tamamilə haqlıdır.Çünki onun yaşadığı mənzildə ölüm saçan təhlükə mənbəyi var.Ancaq səlahiyyətli qurumların nümayəndələri bunu görməməzlikdən gəlirlər.Ar olsun.Əgər orda kimsə elektrik vurması nəticəsində dünyasını dəyişsə kim cavab verəcək?
Bu kimi səhlənkarlıq edən rəhbər və qurumlara ar olsun və biz də saytımız adından bu qurumların rəhbərlərini sərt qınayır və təcili şəkildə problemin aradan qaldırılmasını tələb edirik.
Mövzunu diqqətdə saxlayacağıq.Bir neçə gündən sonra yenidən həmin əraziyə gedərək prosesi monitorinq edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Sonda videoları bəyənib paylaşmağınızı xahiş edirik. //azinfo.tv//

İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT