kanal1

FETÖ-nun çirkli pulları BAKIDA YUYULUR? - ŞOK İDDİA

Tarix:9-09-2021, 10:38
Baxış Sayı:23

FETÖ-nun çirkli pulları BAKIDA YUYULUR? - ŞOK İDDİA
Rusların maraqlı bir sözü var: Bir az, yəni yarımçıq hamiləlik olmur.
Doğrudan da, yarımçıq hamiləlik kimi, yarımçıq həqiqət də olmur.
Nə üçün zamanın sınağından çıxmış bu fikirləri yada saldıq ?
Söhbət Ziraat Bankdan düşəndə istər-istəməz adamın gözünün önünə türk düşməni Fətullah Gülən ( FETÖ ) gəlir.
FETÖ, yəni Fetullahın Terror Örgütü ( təşkilatı ) dünyanın bir çox ölkələrində şəbəkə quraraq qardaş Tükiyədə siyasi çevriliş edib hakimiyyətə gəlmək istəyirdilər.
Sözün qısası, FETÖ Azərbaycanda da gizli bir şəbəkə yaratmışdı. Bu şəbəkə dövlət qurumlarında, mediada, bank sistemində özünə əməlli-başlı yer edə bilmişdi.
Bəli, bank sistemini əbəs yerə demədik. Belə banklardan biri də Ziraat Bankdır.
Bu mövzuya keçməzdən öncə bir vacib məsələni vurğulamaq istəyirik.
Azərbaycanda FETÖ yanlıları xeyli təmizlənsə də, hələ də fəaliyyət göstərənlər var. Yazının girişində “yarımçıq hamiləlik, yarımçıq həqiqət” sözlərini əbəs yerə demədik.
Fətullah Gülən məsələsinə tam son qoyulmalı, onların izləri ölkəmizdən silinməlidir.
Yoxsa, Ziraat Banklar, onun sahibləri Avni Dəmirçi kimiləri hələ uzun illər ölkəmizdə ziyanlı fəaliyyətlərini davam etdirəcəklər.
Sözün qısası, Ziraat Bank kimi təsisatların əsas məqsədi çirkli pulların yuyulması, leqallaşdırılması, ofşor zonalara külli miqdarda pulların köçürülməsidir. Kim deyə bilər ki, sabah, o birisi gün bu pullar nəyə və hara xərclənəcək?
Ziraatbankın keçmişi və bu günü ilə bağlı onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Elman Rüstəmovun 30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Bəli, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun məsuliyyətsizliyi ucbatından Ziraat kimi banklar bildiyini edir.
Bankda əsasən radikal dini meyilli əməkdaşlar çalışır.
Avni Dəmirçi özü fanatik dərəcədə FETÖ-çudur. Bankın rəhbərliyi hətta Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin rəsmi tədbirlərinə dəvət olunsalar da, tədbiri “baykot” edirlər.
Bankın əməkdaşlarını tez-tez Sumqayıt şəhərində “saqqallılar”ın tədbirlərində görmək olar.
Hətta 44 günlük Qarabağ müharibəsindən sonra Avni Dəmirçi Şuşada bankın filialını da açmaq eşqinə düşmüşdü. Ancaq ağzından elə vurdular ki…
Düzdür, Avni Dəmirçi hazırda rotasiya qaydası ilə öz görəvini başqa şəxsə ötürüb. Amma yenə də gizlinə çəkilərək Ziraat Bank-a “patron”luq edir.
Ümid edirik ki, müvafiq dövlət qurumları Ziraat Bankın və FETÖ-çü Avni Dəmirçinin fəaliyyətinə son qoyacaq. //gundelik-baku.com//

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...