kanal1

Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz

Tarix:4-02-2025, 10:03
Baxış Sayı:1


Aqil Babayevin müdafiəçiləri və ailə üzvlərinin verdiyi məlumatlar şok bir faktın üzə çıxmasına səbəb olub. Bu və digər məqamları diqqətə çatdırırıq:

Cinayət işi materiallarını incələdikdə qarşılaşdığımız mənzərə bütün bu cinayət işinin bədxah obraz olaraq Fuad Məmmədovun ətrafında qurulduğunu göstərir.İşinin materiallarını tam şəkildə araşdırdıqda və bu qurama işin “zərərçəkmiş” şəxslərinin ifadələri ilə yanaşı, şahid qismində iştirak edən şəxslərin ifadələrini təhlil etdikdə, Fuad Məmmədovun adının əsas fiqurant kimi hallandığının şahidi oluruq.Əgər bu işin sabah qanuni müstəvidə araşdırılması baş tutarsa, cinayət əməlini planlayan və icra edən əsas fiqur kimi məhz Fuad Məmmədovun ön plana çıxdığı açıq şəkildə görünəcək. Həm “zərərçəkmiş”, həm də şahidlərin verdiyi ifadələrdə böhtan xarakterli məlumatları Fuad Məmmədovdan eşitdiklərini bildirmələri və onu mötəbər mənbə kimi təqdim etmələri açıq şəkildə görünür.

Sual ondadır ki, “zərərçəkmiş” qismində təqdim olunduğu bu cinayət işində bütün məsuliyyətin əslində Fuad Məmmədovun öz üzərində olduğu barədə onun məlumatı varmı?! Görünən odur ki, bu böhtan xarakterli cinayət işinin baniləri olan Natiq Sadıqov və Anar Aslanov, işin planlaşdırdıqları məcrada cərəyan etmədiyi təqdirdə Fuad Məmmədovu qurban verəcəkləri ideyasını onun özü ilə razılaşdırmış olmaları inandırıcı görünmür.Belə olduğu halda, Fuad Məmmədov və onun ətrafında toplanan “zərərçəkmiş” dəstə, gələcəkdə hansı məsuliyyətə cəlb olunacaqlarının fərqindədirlərmi?!

Əks təqdirdə bu üç nəfər və onların ətrafında toplanlar, onların üzərində qurulan daha məkrli bir planın iştirakçısı və qurbanları olduğundan xəbərsizdirlər.

Ailə üzvləri və tanışlarla apradığmız söhbətlər əsnasında, bu mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilən əməlin məhz Fuad Məmmədovun doğum tarixindən bir gün öncə, yəni 8 İyun tarixində baş verməsi faktı maraq doğurur. Görünür kimsə, Fuad Məmmədova simvolik olaraq doğum günü oncəsi “əvəz olunmaz” bir hədiyyə hazırlayıb. Hədiyyə deyərkən, təbii ki işlər qanun çərçivəsində araşdırıldığı halda bütün bu cinayət planının “banisi” kimi məsuliyyətə cəlb olunmasını nəzərdə tuturuq. Görünür “Shaurma N1”-dən gələn çeşid azuqə dolu qutular Məmmədovun gözünü bağlayıb və düşüncələrini dumanlandırıb. Əks halda belə bir təhlükə qarşısında olduğu durumda havayı malla güzəran yaşamazdı.

Belə acınacaqlı sonluqla qarşılaşmamaq üçün, 20 ildən artıq bir müddətdə tanıdıqları Aqil Babayevin bağ evinə hücum çəkməzdən öncə, onları bu məkrli plana sürükləyən şəxslərin niyyətini tam şəkildə dərk etməli idilər

​​​​​​Cumhuriyyet.az

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
20 gündür axtarılan uşağın meyiti tapıldı
20 gündür axtarılan uşağın meyiti tapıldı