kanal1

ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR

Tarix:Bu gün, 11:21
Baxış Sayı:29


Azərbaycan Respublikası öz müstəqilliyini əldə  etdikdən sonra demokratik dövlət quruculuğu  istiqamətində atılmış ən  əhəmiyyətli addımlardan biri də “Bələdiyyələr haqqında “qanunun qəbul olunması və bu qanun çərçivəsində yerli özünüidarə orqanlarının  yaradılması oldu. Özünüidarəçilik mexanizmlərinin tətbiqində demək olar ki, heç bir əməli təcrübəyə malik olmayan əhali az bir zaman ərzində  bələdiyyələrin həm zəruriliyini, həm də effektliyini düzgün  qiymətləndirə bildi. Bu gün yerli bələdiyyələr demək olar ki, hər bir inzibati  ərazinin funksional, işlək idarəetmə və  icra strukturlarından birinə çevrilmişlər. Bələdiyyə sədri vəzifəsinin seçkili xarakter daşıması bu orqanların fəaliyyətinə yerli  sakinlər tərəfindən yetərincə  nəzarət olunmasına, lazım gəldikdə isə müdaxilə etməsinə belə əlverişli zəmin yaradır. Bu  fəaliyyətin şəffaflığı, bələdiyyələrin sakinlər qarşısında dövri olaraq hesabatlarla çıxış etmələri isə qarşılıqlı münasibətlərin səmərəliliyini, məhsuldarlığını təmin edir. Ölkəmizdə ilk dəfə tətbiq olunan yerli özünüidarə sisteminin, hər bir kənd və  qəsəbənin, rayonun  və şəhərin həyatına nüfuz etməsi, güclənməsi üçün  təbii ki, hələ bundan sonra da uzun illər lazım gələcək. Hələlik isə özünün  formalaşma dövrünü  yaşayan bələdiyyələr təcrübə toplayır, axtarışlar aparırlar. Demokratiyanın inkişafında yerli özünüidarəetmə sistemlərinin müstəsna əhəmiyyət daşıması dünya təcrübəsində sübut olunmuşdur. Həmin təcrübəyə uyğun olaraq Azərbaycanda da köklü dəyişikliklər baş verir, ictimai–siyasi həyatın bütün  sahələri tədricən yeniləşir. Yerli özünüidarəetmə  sisteminin tətbiqi, bələdiyyələrin yaradılması da bu qəbildəndir. Bildiyiniz kimi, məhz bələdiyyələr vasitəsilə insanlar zəruri sosial problemlərini bilavasitə həll etmək imkanı qazanırlar. Bələdiyyələr ümumtəhsil və  məktəbəqədər  müəssisələrin tikintisində, təmirində,abadlaşdırma və  yaşıllaşdırma, sanitariya tədbirlərində iştirak edirlər.
Məhz bu baxımdan Kütləvi  İnformasiya Vasitələri tərəfindən bələdiyyələrin fəaliyyətinin mütəmadi olaraq işıqlandırılması da xüsusi əhəmiyyət kəsb edir. Elə bu ənənəni davam etdirərək biz də İctimailider.az saytında 
Balakən rayon
Hənifə kənd bələdiyyəsinin üzvü Nadir Hacıyevin fəaliyyətini işıqlandırmaq, görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq qərarına gəldim. Balakən rayon Hənifə kənd bələdiyyəsinin üzvü
Haciyev Nadir Rəcəb oğlu
Tanrının ona verdiyi inamın, etiqadın, dözümün, cəsarətin, fərasətin, istedadın köməyilə çətinliklərə sinə gərən, həyatda öz yolunu, səmtini əqlin gücü ilə müəyyən edən və bu yolla insanlığın, kamilliyin zirvəsinə çatan kişilərdəndir. Ləyaqət və dəyanət sahibi olan bu insan haqqında ellilərinin, dost-tanışlarının, qohum-əqrəbasının, həmkarlarının işlədiyi kollektivin, ümumiyyətlə, onu tanıyan hər kəsin qənaəti budur ki,o, sanki dünyaya ancaq yaxşılıq, səxavət, mərhəmət üçün, Vətənə və xalqa sədaqətli xidmət etmək üçün gəlmişdir.
Yaşadığı ömür yolunda çox dolaylar dolanıb, zirvələr aşmış Haciyev Nadir Rəcəb oğlu həmişə, hər yerdə ona tapşırılan işin öhdəsindən layiqincə gəlmiş, alın-açıqlığı,üzağlığı ilə məsuliyyətlə hər işi yüksək səviyyədə icra etmişdir. İşlədiyi vaxt ərzində bircə dəfə də olsun qanun pozuntusuna, işində nöqsana yol verməyib.Bu da onun məsuliyyətli olmasından, peşəsinə,vəzifəsinə qəlbən bağlılığından, nəfsinin toxluğundan və ən əsası insani keyfiyyətlərindən irəli gəlir. O, həqiqi mənada kamilliyin meyar daşıyıcılarındandır.
Son illər respublikamızda vüsət alan iqtisadi yüksəliş Balakən rayonunda da qabarıq surətdə nəzərə çarpır. Rayonun əsas makroiqtisadi göstəriciləri yüksəlmişdir. Bu inkişafın ilk iki amili-respublika rəhbərliyi
nin qayğılı münasibəti və insanların özlərinin zəhmətsevərliyidirsə, əsas səbəblərindən əsası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğılı münasibətini Azərbaycan vətəndaşlarına ötürən şəxslərin öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlməsidir.
Onu sadəcə Balakən Bələdiyyəsinin üzvü Nadir Hacıyev kimi təqdim etməklə kifayətlənmək düz olmazdı. Nadir müəllim təkcə öz vəzifəsini icra etməklə kifayətlənmir, lazım gələndə ümumi işin uğurlu alınması üçün işindən də artıq işləri üzərinə götürür və yüksək səviyyədə yerinə yetirir.
Heydər Əliyev ideyalarına sadiq olan bu dəyərli insan Vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman bir çox həmkarlarından sadəliyi, xeyirxahlığı ilə seçilən Nadir müəllimin sözünün əvvəli-axırı insandır, insanın sadəliyi,vətənpərvərliyidir. Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz ,qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Nadir müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir.
Nadir Hacıyev nəinki bütün işçi kollektivinin, onu tanıyan,müraciət edən hər kəsin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, hər zaman şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, şəhid ailələrinə, qazilərə, veteranlara doğma insanı kimi münasibət bəsləyən Nadir Hacıyev onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir.
Onun insanlarla səmimi münasibəti əsil ziyalılıqdan xəbər verir.
Nadir Rəcəb oğlu Haciyev
KİV işçilərinin də dostudur. Onun jurnalistlərə verdiyi dəyər, heç zaman jurnalistlərdən qaçmaması və onları maraqlandıran suallara dolğun cavab verməsi hər zaman oxucu kütləsinin marağına səbəb olmuş, etibarlı mənbə kimi xidmət etmişdir.
Təkcə bu cəhət haqqında nəticə çıxarmağa əsas verir-sözü düz olanın əməli də düz olar.
Biz də İctimailider.az olaraq öz növbəmizdə fürsətdən istifadə edib, Nadir Hacıyevə böyük uğurlara imza atmasını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində əzmkarlığını daima qorumaqlarını arzu edirəm.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...