kanal1

Bakıdan Ağstafayadək uzanan şəbəkə - Eyyubovlar dövlətə meydan oxuyur...

Tarix:8-09-2021, 17:23
Baxış Sayı:161

Bakıdan Ağstafayadək uzanan şəbəkə - Eyyubovlar dövlətə meydan oxuyur...
Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Azəriqaz” İstehsalat Birliyinə (İB) külli miqdarda borclu olduğu haqda mətbuatda məlumat yayılıb. Yayılan xəbərlərdə bildirilir ki, Y.Eyyubov “Azərqaz”a olan 10766 manat borcunu ödəməkdən imtina edir. Üstəlik, onun “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, - deyə hədələdiyini də dəyərli oxucuların diqqətinə çatdırılıb.

Baş nazirin müavini kimi yüksək post tutan bir şəxsin bu əməli utancvericidir. Yaqub Eyyubovu hökümətdə daha çox “kölgə adam” kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb. Amma Baş nazirin birinci müavininin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.

Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb. Bəzi vəzifəli şəxslər ölkədə aparılan islahatları görməzdən gəlir və yenə də köhnə qaydalarla yaşamaq fikrindədir. Halbu ki, bununla bağlı ölkə rəhbərinin qəti və sərt mesajı var:"Əvvəllər nəzarətsizlik olduğu üçün özbaşınalıqlar baş alıb gedirdi. Amma indi qaydalar dəyişib və heç bir güzəştdən söz gedə bilməz”.

Amma görünən odur ki, Y.Eyyubov kimi məmurlar bu mesajdan dərs almayıblar. Bakıda dövlətin borcunu ödəməkdən imtina edib öz işini görən qulluqçunu hədələyən Yaqub Eyyibovun yerlərdə də davamçıları var.

Belə ki, Mediaxeberleri.Az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Ağstafa rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubovanı Baş nazirin birinci müavini Yaqub Eyyubov himayə edir...

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesində ifadə verən şahidlərin əksəriyyəti rüşvəti bilavasitə Ağstafa rayon icra başçının müavini Lalə Eyyubovaya verdiklərini bildiriblər. Uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarı rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova olub. Baxçalardakı ərzaq maxinasiyasından əldə olunan qazancın 40 faizini sabiq icra başçısı Nizaməddin Quliyevə verdiyini Gəncə Ağır Cinayətlər Məhkəməsində etiraf edib. Aparılan araşdırmalarda məlum oldu ki, hər il Ağstafa şəhər və kənd uşaq baxçalarına ayrılan 100 min manatlarla vəsait köçürülüb. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Ağstafa baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Lalə Eyyubova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyiblər.

Əslində cinayətin mahiyyətinə baxanda bu xanımın icra başçısının komandasında olduğunu nəzərə alsaq, onun istintaqa cəlb edilməsində elədə gözlənilməz bir şey yoxdur. Ola bilıməz ki, sən qos qoca bir rayonda, icra admnistrasiyasında İctimai-siyasi və humanitar şöbəyə rəhbərlik edəsən və burda baş verən hadisələrdən xəbərin olmaya. Olmayıbsa lap ayıb, deməli sən heç öz yerində deyilsən.

Həmdə Lalə Eyyubovanın hansı ailədən çıxdığını və bu ailənin idarəetmədə hansı təcrübəyə malik olduğunu nəzərə alsaq bu iddia heç də əsassız görünməz.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...