kanal1

“Bütün bədbəxtliyin səbəbkarı ruslardır” – Rasim Balayevdən sərt açıqlama

Tarix:31-08-2021, 12:15
Baxış Sayı:38

“Bütün bədbəxtliyin səbəbkarı ruslardır” – Rasim Balayevdən sərt açıqlama

Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan əsgərinə qəfil hücumunun ardı-arası kəsilmir. Bir neçə gün öncə əsgər Ruslan Şirəliyev düşmən tərəfindən yaralanaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilsə də, qarşı tərəf bu olayı təkzib etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev son hadisələri Rusiya ilə əlaqələndirib:

“Prezidentimiz demiş, biz artıq onların başını əzmişik. Son baş verən hadisələr birbaşa rusların işidir. Bizim bədbəxtliçiliyimiz əvvəldən rusun üstündə qurulub. Ermənilər də yala gedən millətdirlər. Bizim Zəngəzurumuz və digər torpaqlarımızın onlara verilməsində də rusların rolu var. Onlar kim idilər ki, gəlib Qarabağı tutaydılar? Erməniləri ora tuşlayanlar, yön göstərənlər oldu. Bu qədər insanların qırğına verməyin, bütün bədbəxtliyin səbəbkarı ruslardır. Bunlar hamısı Rusiyanın siyasətidir”.

Aktyor baş verənlərdən sonra Ermənistanla sülh şəraitində yaşamağın mümkün olmadığını qeyd edib:

“Bu qədər oyunlardan sonra ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil. Bu qətiyyən mümkün deyil. Onlar vəziyyəti elə dərəcəyə gətirdilər ki, bundan sonra birgə yaşayış mümkün olmayacaq. Atalarımızın bir məsəli var: Savaşanda da gərək barışmağa üz qoyasan. Ermənilər bu üzü qoymadılar”.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı